Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Dramaturgiya və teatr   Dramaturqlar



Rəşid bəy Əfəndiyev
(1863-31.8.1942)

 

Şəkidə ruhani ailəsində anadan olub. Yeddi yaşından dini təhsil almağa başlayıb. 1876-cı ildə şəhərdə açılmış rus məktəbinə gedib. İki ildən sonra təhsilini daha geniş miqyasda davam etdirmək üçün Tiflis şəhərinə gəlib. Burada ömrünün son aylarını yaşayan, milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadə ilə görüşüb. Onun tövsiyəsi ilə 1879-cu ildə məşhur Qori Müəllimlər Seminariyasına daxil olub. Rəşid bəy oranı bitirdikdən sonra Qəbələdə müəllimlik edib, müxtəlif dərsliklər yazıb və çap etdirib. Daha sonralar İrəvanda, Qubada, Şəkidə, Naxçıvanda, Qoridə pedaqoji fəaliyyət göstərib.

 

Rəşid bəy İsmayıl oğlu Əfəndiyev "Qan ocağı", "Qonşu qonşu olsa, kor qız ərə gedər", "Saqqalın kəraməti", "Tiflis səfərləri", "Pul dəlisi", "Arvad məsələsi" məzhəkələrini, "Bir saç telinin qiyməti", "Qızıl gül" pyeslərini yazıb. Onun dram əsərləri Bakıda, Tiflisdə, İrəvanda, Şəkidə, Aşğabadda, Gəncədə, Naxçıvanda müxtəlif dram dərnəkləri, ayrı-ayrı teatr dəstələri həvəskarları, mədəni-maarif cəmiyyətlərinin teatr truppaları tərəfindən tamaşaya hazırlanıb.