Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Teatrşünaslar



Vəliyev Ədalət

 Vəliyev  Ədalət  Məqsəd  oğlu 1959-cu ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1980-cı ildən başlayaraq respublikanın aparıcı teatrlarında müxtəlif vəzifələrdə çalışıb.

Azərbaycan Dövlət Akademik Milli Dram və Azərbaycan Dövlət Rus Dram teatrlarına rəhbərlik edib. 1993-cü ildən Azərbaycan Respublikası Mədəniyyət  Nazirinin, 2006-cı ildən isə Mədəniyyət və Turizm Nazirinin müavinidir.

Azərbaycan Yazıçılar Birliyinin, Respublika Teatr Xadimləri İttifaqı İdarə Heyətinin, Azərbaycan Rəssamlar İttifaqının, Respublika Mədəniyyət İşçiləri Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin, Mədəniyyət Fondunun, İlyas Əfəndiyev Fondunun, «Mədəniyyət» və «Yaddaş» qəzetlərinin, «Mədəni-maarif» və «İncəsənət»  jurnallarının redaksiya  heyətinin üzvüdür.

«Cağdaş Azərbaycan teatrının təşkilatlanma problemləri» mövzusunda dissertasiya müdafiə edib.

Uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.

«Odlar Yurdu» Universitetinin fəxri professorudur.

2003-cü ildə «Elm» nəşriyyatında «Azərbaycan milli teatr  prosesinin çağdaş təşkilatlanma problemləri» adlı monoqrafiyası nəşr olunub. 2005-ci ildə «Elm» nəşriyyatında «Teatr sənətimiz: dünən, bu gün, sabah...»,  2007-ci  ildə isə  «Yeni təməl»  adlı kitabları  nəşr olunub.

Müxtəlif  mətbuat orqanlarında çap  olunmuş onlarla məqalə  və publisistik yazıların müəllifidir.

2005-ci ildə Azərbaycan mədəniyyəti qarşısındakı  xidmətlərinə  görə «Qızıl dərviş» və «Humay»  mükafatlarına layiq görülmüşdür.