Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Teatrşünaslar



Abbaszadə Hüseyn

 

Nasir. Yazıçı. Ssenari və əsər müəllifi.

Abbaszadə Hüseyn Abbas oğlu — nasir, 1948-ci ildən AYİ-nın üzvü, Azərbaycanın Əməkdar İncəsənət xadimi (1979), Azərbaycan Dövlət mükafatı laureatı (1984), SSRİ Yazıçılar İttifaqının və ÜİHİŞ-nın mükafatı laureatı (1988), Azərbaycanın Xalq yazıçısı (1991) - 1922-ci il noyabrın 22-də Bakı şəhərində anadan olmuşdur. M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda təhsil almışdır. «Ədəbiyyat və incəsənət» qəzeti redaksiyasında baş redaktor (1966-1971), Azərbaycan Yazıçılar İttifaqının katibi (1975-1991) vəzifələrində çalışmışdır.

«Qırmızı ulduz», «Qırmızı Əmək Bayrağı», I dərəcəli «Böyük Vətən Müharibəsi», «Şöhrət» ordenləri, 10-dan çox medalla təltif edilmişdir. 2007-ci il dekabrın 12-də Bakı şəhərində vəfat etmişdir.