Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Teatrşünaslar



Şərifov Ağakərim

 Ağakərim Şərifov-(1899-1942),aktyor, pedaqoq, teatr muzeyinin yaradıcısı Hacıbaba Şərifov (?–1920) – Azərbaycan teatrı ilə sıx bağlı bir nəslin nümayəndəsi, görkəmli aktyor olmuşdur. Dörd qardaş – Ağasəlim, Hacıbaba, Niyaz və Ağakərim Şərifovların həyatı teatrla bağlı olmuşdur. Ağasəlim və Abğakərim Şərifovlar həvəskar kimi uşaq rollarını oynayırdılar. O zamanın teatr afişa və proqramlarında onların adlarına da rast gəlinir. Hacıbaba Şərifovun o biri qardaşı görkəmli rejissor Niyaz Şərifov bir çox musiqili komediyaların quruluşçusu olmuşdur.

Digər bir qardaş – Abakərim Şərifov görkəmli teatr tarixçisi, tədqiqatçı, Azərbaycan Teatr Muzeyinin direktoru olmuşdur. Hacıbaba Şərifov ilk milli operalarda həm aktyor, həm rejissor kimi çıxış edirdi. O, Ü.Hacıbəyovun «Şeyx Sənan» operasının rejissoru olmuş, M.Maqomayevin «Şah Ismayıl» operasının premyerasında Aslan şah partiyasını ifa etmişdir. C.Cabbarlı onun sənətinə, fəaliyyətinə yüksək qiymət verərək yazırdı: «Bu adam özündə çırpınan həvəs və şövq nəticəsində ta cocuqluqdan bütün varlığını səhnəyə, daha doğrusu, sənayei-nəfisəyə vəqf etmiş, Azərbaycan səhnəsinin fəlakətlərinə ağlamış, müvəffəqiyyətlərilə sevinmiş və bir vaxt səhnəmizdə çalışmaq üçün ağır şəraitə və sıxıntılara baxmayaraq, bir addım geri aparmamış və öz göz yaşlarına bulanmış bir parça çörəyə qənaətlə daima irəli, irəli getdikcə sıxlaşan əzab və məşəqqətlər içərisinə doğru irəliləmişdir» (17).

C.Cabbarlı və A.Rzayev H.Şərifovun ölümü münasibətilə yazdıqları nekroloqlarda onu akkord və rejissor, eləcə də, opera əsərlərinin müəllifi kimi qiymətləndirirlər. C.Cabbarlı onun ölümünü Hacı Hacınski, Vəli (Ə.Əliyev) və Hüseyn Ərəblinskidən sonra Azərbaycan səhnəsinə dəyən ən müdhiş zərbə hesab edirdi. H.Şərifov Azərbaycan teatrında həm aktyor, həm rejissor köməkçisi kimi çalışırdı. O, mahir aktyorluq istedadına, gözəl səsə malik idi. 6 opera librettosunun müəllifi olmuşdur: 1920-ci ilədək Hacıbaba Şərifovun rus musiqiçisi və dirijoru D.Slavinski ilə yazdığı 3 operası – «Əsli və Kərəm», «Mehr və Mah», «Tahir və Zöhrə» tamaşaya qoyulmuşdur. Hacıbaba Şərifov öz operalarında aktyor kimi də çıxış edirdi: «Mehr və Mah»da o, Kürdoğlunun «Tahir və Zöhrə» operasında Çingizin partiyalırını ifa etmişdir. H.Şərifovun «Mehr və Mah» operası Nicat cəmiyyəti tərəfindən alınmışdır.

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi 1934-cü ildə yaradılıb. Onun yaradıcısı və ilk direktoru teatr xadimi Ağakərim Şərifov olub. Ağakərim Şərifov 1923-cü ildən Teatr Texnikumunda dərs deyirdi. 1926-cı ildə o, Texnikumun ilk məzunlarının köməyi ilə birinci sərgini açır. Sərgi Tağıyev teatrının foyesində açılır və sərginin materialları kimi Sidqi Ruhullanın arxivindən istifadə olunur. Sərgidə Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı, Əziz Şərif iştirak edir. 1927-ci ildə Dövlət Muzeyində Teatr şöbəsi açılır. 1934-cü ildə isə dövlət teatr muzeyi müstəqil fəaliyyət göstərməyə başlayır.1935-ci ildə muzeyə Cəfər Cabbarlının adı verilir. İlk illərdə muzeyin ekspozisiya zalı fəaliyyət göstərirdi. Ağakərim Şərifov 1942-ci ilədək muzeyə rəhbərlik etdi.