Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Teatrşünaslar



Zeynallı Hənəfi

 Hənəfi Zeynallı 1895-ci ildə Bakıda dəmirçi ailəsində anadan olmuşdur. 1916-cı ildə Bakıdakı Orta Politexnik məktəbini bitirmiş və elə həmin il müsabiqə imtahanını müvəfəqiyyətlə verərək İmperator Texniki Peşə məktəbinə daxil olmuşdur. 1917-ci ildə fevral inqilabından sonra təhsilini yarımçıq qoymuşdur.

H.Zeynallı 1922-ci ildə Azərbaycan Dövlət Universitetinə daxil olmuş, oranı 1927-ci ildə bitirmiş və təyinatını Şərq fakültəsinin Azərbaycan türk ədəbiyyatı tarixi kafedrasına, sonra isə Azərbaycan Pedoqoji İnstituna almışdır. 1930-cu ildə dosent olmuşdur. 1923-cü ildən Azərbaycan Dövlət Nəşriyyatının əsas yaradıcılarından biri kimi fəaliyyət göstərmiş və oranın baş redaktoru vəzifəsində çalişmışdır. 1923-1931-ci illərdə Azərnəşrdə işləyərkən o, "Kommunist", "Maarif və Mədəniyyət", "İnqilab və Mədəniyyət", "Maarif işçisi" jurnallarında əməkdaşlıq etmiş, geniş ədəbi publisistik yazılarla çıxış etmişdir.

H.Zeynallı 1926-cı ildə yazdığı "Azərbaycan atalar sözləri və məsəllər" (burada 4 minədək atalar sözü və məsəllər toplanmışdır), 1928-ci ildə yazdığı "Türk ədəbiyyatı üzrə iş kitabı" əsərlərində folklor, terminologiya və s. ilə bağlı məsələlərə toxunur.

1937-ci il yanvarın 28-də H.Zeynallı Ruhulla Axundovun əksinqilabi qrupunun üzvü kimi həbs olunub və Azərbaycan SSR CM-nin 72 və 73-cü maddələri üzrə məsuliyyətə cəlb edilib. H.Zeynallının güllələnməsi haqqında hökm 1937-ci il oktyabrın 13-də Bakıda icra olunub.

1957-ci il martın 30-da SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarına görə 1937-ci il sentyabrın 12-də SSRİ Ali Hərbi Kollegiyasının Hənəfi Baba oğlu Zeynallının istintaq işi üzrə çıxartdığı hökm dəyişdirildi və cinayət tərkibi olmadığı üçün iş xətm edildi.