Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Teatrşünaslar



Əfəndiyev Məmmədsadıq


Məmmədsadıq Mirzəəhməd oğlu (5.6.1902, Aşqabad – may, 1942, Kerç)- Azərbaycan teatr tənqidçisi, pedaqoq 1920-25 illərdə Azərbaycan Fövqəladə Kommissiyasında işləmişdir. Bakı Türk İşçi Teatrının direktoru olmuşdur(1925-29).

30-cu illərdə Moskva Dövlət Konservatoriyasında, Dövlət Kinematoqrafiya İnstitutu və Kommunist Universitetində, eləcə də Bakı Teatr Texnikumu, APİ (indiki APU) və Azərbyacan Dövlət Konservatoriyasında (indiki BMA) teatr tarixindən və fəlsəfədən dərs demişdir. Əfəndiyev bir sıra pyesi Azərbaycan dilinə çevirmiş, Azərbaycan teatrına dair əsərlər yazmışdır. Mətbuatda "Nuri Nuriyev" imzası ilə çıxış etmişdir. 1941-45 illər müharibəsində həlak olmuşdur.

Əsərləri: Proletar teatrosu uğrunda, B., 1931; Н.А. Добролюбов,Б. 1936,Что должен знать бакинский рабочий о своем тюркском театре, Б, 1931.