Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Teatrşünaslar



İbrahimov İslam


İbrahimov İslam İsmayıl oğlu – tənqidçi, tərcüməçi, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

1922-ci il dekabrın 25-də Gürcüstanın Tiblisi şəhərində qulluqçu ailəsində doğulmuşdur. Kiçik yaşlarında valideynlərini itirdiyindən ata yurdunda – Azərbaycanın (DQMV-nin) Xocalı kəndində böyük qardaşının himayəsində yaşamışdır. Orada təhsilə başlasa da, orta məktəbi Bakıda bitirmişdir.

ADU-nun filologiya fakültəsini vaxtından əvvəl bitirmişdir(1939-1944). "Kommunist" qəzeti redaksiyasında tərcüməçi, xarici xəbərlər şöbəsinin müdiri işləmişdir(1943-1945).

SSRİ Nazirlər Soveti İşlər İdarəsi Katibliyində şöbə müdirinin köməkçisi-redaktor kimi çalışmışdır(19451950).

A.V. Lunaçarski adına Dövlət Teatr İnstitutunun fəlsəfə tarixi kafedrasında aspirant olmuşdur(1950-1952). "M.F.Axundovun estetik baxışları" mövzusunda elmi tədqiqat işi üzərində işləmişdir. Sonra Bakıda C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor (1953-1957), Azərbaycan Yazışılar İttifaqında dramaturgiya üzrə məsləhətçi (1958-1959), "Azərbaycan" jurnalında tənqid və ədəniyyatşünaslıq şöbəsinin müdiri (1958-1965), C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında ssenari readksiya heyətinin üzvü (1965-1966), M.A. Əliyev adına Dövlət İncəsənət İnstitutunda Sov. İKP tarixi kabinəsinin müdiri, eyni zamanda estetika fənni üzrə müəllim olmuşdur(1966-1968). Sonra ömrünün sonunədək institutun teatr tarixi kafedrasının baş müəllimi işləmişdir. İki medalla təltif olunmuşdur.

1985-ci il iyulun 29-da Bakıda vəfat etmişdir. Naxçıvan küçələrindən biri onun adına daşıyır.