Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Teatrşünaslar



Əfəndiyev Timuçin


Əfəndiyev Timuçin İlyas oğlu- tənqidçi, ədəbiyyatşünas, 1987-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1999), professor(2002), Əməkdar incəsənət xadimi (2000).

1945-ci il iyulun 17-də Bakı şəhərində anadan olmuşdur. Burada 7 saylı şəhər məktəbində orta təhsil almışdır (1952-1963).

Əmək fəaliyyətinə Azərbaycan EA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuşdur (1969). Aspirantura müddəti başa çatdıqdan sonra institutda elmi əməkdaş işləmişdir (1972). "Hüseyn Cavidin dramaturgiyası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1973). Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi işləmiş (1977), M.A.Əliyev adına Dövlət İncəsənət Universitetinin teatr tarixi kafedrasının baş müəllimi, dosent, sonra teatr sənəti fakültəsinin dekanı olmuşdur (1977-1987).

Timuçin Əfəndiyev 1998-ci ildə "Romantik dramaturgiyada tarixilik və bədiilik" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Timuçin Əfəndiyev rektor vəzifəsində çalışdığı dövrdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti simpoziumlarında məruzəçi kimi iştirak etmişdir. O, Azərbaycanda və xaricdə nəşr olunmuş bir çox kitabın, monoqrafiya və elmi məqalələrin müəllifidir.

Timuçin Əfəndiyev 2005-ci ildə 60 illik yubuleyi ilə əlaqədar "Şöhrət ordeni" ilə təltif olunmuşdur. Ingiltərənin Kembric Universitetinin Beynəlxalq Biblioqrafik mərkəzi professor Timuçin Əfəndiyevi "2005-ci il dünyanın aparıcı pedaqoqu" nominasiyasına layiq görmüşdür. Akademik Yusif Məmmədəliyev adına mükafatın laureatıdır. 1998- ci ildə Rus teatrı (XVII – XVIII əsrlər xalq teatrı) kitabını nəşr etdirmişdir. 1999-cu ildə "Cəfər Cabbarlı və romantik dramları" adlı kitabı nəşr olunmuşdur. 1999-cu ildə "Romantik dramaturgiyada tarixilik və bədiilik" adlı elmi məruzəsi çap olundu.2001- ci ildə "Azərbaycan kino tarixi oçerkləri" kitabı ,2002-ci ildə "Azərbaycan dramaturgiyasında metodlar" kitabı,2002-ci ildə "Azərbaycan mədəniyyəti və incəsənəti" kitabları nəşr olunub.. Professor Timuçin Əfəndiyev haqqında, onun elmi, pedaqoji və təşkilati - idarəetmə fəaliyyəti haqqında çoxlu sayda müxtəlif yazılar, qəzet və jurnal məqalələri, oçerklər, xatirələr çap edilmişdir. Onların arasında professor T.Əfəndiyevin 60 illik yubileyi ərəfəsilə işıq üzü görmüş "Böyük nəslin davamçısı" kitabı xüsusilə seçilir.

İlk ədəbi-tənqidi məqalələri 1973-cü ildə "Ulduz" jurnalı səhifərində çap olunmuşdur.

Pedaqoji fəaliyyəti ilə yanaşı, ədəbi-elmi yaradıcılığını ardıcıl davam etdirir. Azərbaycan sovet ədəbiyyatının aktual nəzəri və ədəbi-tarixi problemləri ilə məşğul olur. "Tanıtım" jurnalı redaksiya heyətinin və Türkiyə "Vəqfi"nin üzvüdür (1991)