Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Teatrşünaslar



Quliyev Mustafa

 

Mustafa Quluyev(1893-1938)— tənqidçi, ədəbiyyatşünas, publisist, 1934-cü ildən AYB-nın üzvü.Mustafa Zəkəriyyə oğlu 1893-cü il mayın 24-də Azərbaycanın Şəki şəhərində anadan olmuşdur. Tiflisdə gimnaziyanı bitirmişdir (193). Kiyev universitetinin fizika-riyaziyyat fakültəsində təhsil almışdır. Lənkəran qəza inqilab komitəsinin sədri (1920), AK(b)P Qaraşəhər rayon Komitəsinin katibi (1921-1922), Azərbaycan SSR Xalq maarifi komissarı (1922-1928), "Maarif və mədəniyyət", "İnqilab və mədəniyyət" jurnallarının (1923-1926; 1929-1932) məsul redaktoru vəzifəsində işləmişdir.

1938-ci ildə cəza tədbirləri dövründə həbs edilib ölümə məhkum olunmuşdur. "Azərbaycanda Oktyabr düşmənləri" (1927), "Mədəni inqilab və islam" (1928), "Türk qadınının yolu" (1930), "Oktyabr və türk ədəbiyyatı" (1930) "Cinayət nədir və hardan baş verir" (1935) kitablarının müəllifidir.