Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Teatrşünaslar



Qafarov Vidadi

 

Vidadi Ramiz oğlu Qafarov 1961-ci il dekabrın 29-da Lənkəran şəhərində anadan olub. 1989-cu ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Teatrşünaslıq» fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1990-1994-cü illər ərzində N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında ədəbi hissə müdiri vəzifəsində çalışıb, 1994-1997-ci illərdə AMEA Memarlıq və İncəsənət İnstitutunun əyani aspiranturasında təhsil alıb. 1997-ci ildən həmin İnstitutun «Teatr, kino və televiziya» şöbəsində kiçik elmi işçi, elmi işçi vəzifəsində çalışıb.Hazırda İnstitutun böyük elmi işçisi, eyni zamanda Respublika Memarlıq və İncəsənət üzrə Problem Şurasının elmi katibidir.

1999-cu ildə «Azərbaycan sənətşünaslığının 2001-2005-ci illər üçün inkişaf konsepsiyası»nı, 2008-ci ildə «Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli strategiyanın və həmin strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqrammı»nın İnstitut üzrə layihəsini hazırlayan işçi qrupunun üzvü olub,.

2009-cu ildə Fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün «Azərbaycan teatrının janr xüsusiyyətləri: təşəkkül dövrü» mövzusunda dissertasiyasını müdafiə edib, sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Müxtəlif beynəlxalq və respublika elmi konfranslarının məruzəçisi olub.

1985-ci ildən dövri mətbuatda çap olunur. 1995-2008-ci illər arasında "Press Fakt", "Şəkərvillası", "Planet", "Gün səhər" qəzetlərində məsul katib, redaktor vəzifələrində işləyib. Teatrın, mədəniyyət və incəsənətin müxtəlif problemlərinə dair, yerli və xarici mətbuatda dərc edilmiş 100-dən artıq resenziya, portret, publisistik, 20-dən çox elmi məqalənin müəllifidir. 10-a yaxın kitabın tərcüməçisi və redaktorudur.

Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. Təşkilatın müxtəlif tədbirlərində, elmi-praktiki konfranslarında iştirak və məruzələr edib, festivallarda münsiflər heyətinin üzvü olub, qurumun fəxri fərmanına layiq görülüb.