Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Teatrşünaslar



Qubadova Məsməxanım

 

1974- cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni- Maarif fakültəsinə daxil olub, 1979-cu ildə həmin şöbənin "Yüksək ixtisaslı mədəni- maarif işçisi" ixtisası üzrə tam kursunu bitirib diplom almışam. Həmin ildən institutun işçisi olaraq Mədəni – maarif fakültəsinin dekanlığında, "Teatr və kino aktyorluğu" və "Öz fəaliyyət teatr rejissorluğu" kafedralarında baş laborant vəzifələrində çalışmışam.

İxtisasımın elmi- nəzəri mahiyyətinə olan marağımla bağlı olaraq daima öz üzərimdə çalışmış, müxtəlif metodiki vəsaitlər və elmi məqalələr çap etdirmişəm. 1997- ci ildə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun "Teatr, kino və televiziya şöbəsi"nin dissertantı olaraq "Azərbaycan teatrında romantizm", (Əli bəy Hüseynzadənin "Siyasəti Fürusət" traktatının C.Cabbarlı və H.Cavid yaradıcılığına təsiri) mövzusunda dissertasiya işi təsdiq etdirib 2002- ci ildə bu işi uğurla müdafiə edib, 2003-cü ildə alimlik dərəcəsi almışam.

Mövzumla bağlı "Azərbaycan teatrında romantizm" mövzusunda monoqrafiya , "H.Cavid dramaturgiyasının səhnə təcəssümü", "Dünya mədəniyyətinin inkişafında Şərqin rolu", "Əli bəy Hüseynzadənin Azərbaycan mədəniyyətinin inkişafında rolu", "Azərbaycan teatrının tarixinə dair metodiki göstəriş", "Azərbaycanda maarifçiliyin inkişaf mərhələləri" mövzularında metodiki vəsaitlər, "Əli bəy Hüseynzadə və teatr" , "Ə.Hüseynzadənin milli- mənəvi fikir tariximizdə rolu ", "H.Cavid yaradıcılığında Ə.Hüseynzadə ideyalarına bağlılıq", "C.Cabbarlı dramaturgiyasına yeni bir nəzər", "Söz səsin sehrinə düşəndə" və s. elmi – publisistik məqalələrimi çap etdirmişəm.

Məsməxanım Qubadova 2008-ci il dekabr 3 –də Teatrşünaslıq kafedrasına müəllim vəzifəsinə təyin edilmişdir.

2008-ci ildə "Əli bəy Hüseynzadənin milli-mənəvi fikir tariximizdəki yeri" adlı məqalə "Mədəniyyət" qəzetində, 2008-ci il "Hüseyn Cavid yaradıcılığında Əli bəy Hüseynzadə ideyalarına bağlılıq"adlı məqalı "Kredo" qəzetində, 2008- ci il "Cəfər Cabbarlı yaradıcılığına yeni bir nəzər" "Mədəniyyət" qəzeti, 2008-ci il "Söz səsin sehrinə düşəndə" "Mədəniyyət qəzetində məqalələri dərc edilmişdir.