Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Teatrşünaslar



Ağayeva Nərminə

1957-ci ildə Bakı şəhərində anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatrşünaslıq" fakültəsinə daxil olub.

1981-ci ildə Universiteti "Teatrşünas" ixtisası üzrə bitirib.

1985-1987-ci illər arasında Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun əyani aspiranturasında təhsil almışdır.

1987-ci ildən Memarlıq və İncəsənət İnstitutunun "Teatr, kino və televiziya" şöbəsində kicik elmi işci, elmi işci, böyük elmi işci, 2005-ci ildən bu günə kimi isə aparıcı elmi işcidir.

1991-ci ildə "Zaqafqaziya teatr əlaqələri" adlı namizədlik dissertasiya müdafiə edərək sənətşünaslıq namizədi elmi dərəcəsi almışdır. Müdafiədən sonra "Azərbaycan teatr tənqidi və teatrşünaslığın inkişaf problemləri" mövzusu üzərində tədqiqat işi aparmış və bu iş 1993-cü ildə İnstitutun elmi şurasının qərarı ilə doktorluq dissertasiyası mövzusu kimi təsdiq edilmişdir. Elmi stajı – 23 ildir. İki kitabın, 30-dan artıq elmi məqalənin müəllifidir. Dörd kitabın elmi redaktoru olmuşdur.

1991-2008-ci illər arasında Mədəniyyət və İncəsənət Universiteti "Teatrşünaslıq" fakültəsində baş müəllim vəzifəsində calışıb. Monoqrafiyaları: "Azərbaycan teatr tənqidinin yaranması və təşəkkülü"; Bakı, Maarif, 1996; "Azərbaycan teatr tənqidi və teatrşünaslığın inkişaf problemləri" Bakı, Elm, 1997.