Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Teatrşünaslar



Hacıbabayev Atababa

  Teatrşünas, yazıçı, publisist, yumorist. "Rza Əfqanlı", "İki cəbhənin əsgərləri", "Səhnə andı", "Unudulmaz səhnə ustaları", "Molla Qeybullanın sərgüzəştləri", "İnkirlə Minkirin hüzurunda", "Mizan-tərəzi" və s. kitabların müəllifi.  Mətbuatda teatr və digər incəsənət sahələrinə dair 2000-dən cox məqaləsi dərc olunub. X cilidlik Azərbaycan Sovet Ensiklopediyasının müəlliflərindən biri, Mirzağa Əliyevin "Xatirələrim" kitabının tərtibçisi, Mişkinaz Cavidin "Xatirələrim", Adilə İsmayılovanın "Məxluqə Sadıqova", iki cildlik "Akademik Milli Dram Teatrının foto- salnaməsi" kitablarının ixtisas redaktoru, digər onlarla kitabın və bukletin redaktoru, 1966-cı ildən mətbuatda bədii əsərləri, resenziyaları, elmi araşdırmaları, məqalələri və digər yazıları ilə çıxış edir. Məqalələri və bədii yazıları xarici ölkələlərdə də nəşr olunub. Coxsaylı televiziya və radio verlişlərinin müəllifidir. Onun verilişləri radionun qızıl fondunda qorunub saxlanılır.

1947-ci ildə Bakının yaxınlığındakı Xırdalan kəndində anadan olub. Xırdalandakı 1 saylı orta məktəbin ilk məzunlarındandır. Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakultəsində - professor Mehdi Məmmədovun kursunda ali təhsil alıb. Azərbaycan Teatr Cəmiyyətində redaktor, böyük redaktor(eyni zamanda "Bakı teatrlarında" məcmüəsinin redaktoru) vəzifələrində çalışıb. (1971-1977-ci illər). 1971-ci ilin oktyabrından 1972-ci ilin sonuna kimi sovet ordusu sıralarında xıdmət edib.

1978/81-ci illərdə Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqə Cəmiyyətində nəşriyyat şöbəsinin müdir müavini – 7 dildə nəşr olunan "Sövet Azərbaycanı bu gün" məcmuəsinin redaktoru işləyib. 1981/87- ci illərdə Teatr Xadimləri İttifaqının bədii rəhbəri olub. 1987-ci ilin yanvar ayından bu günə kimi "Ədəbiyyat qəzetində" ("Ədəbiyyat və incəsənət") işləyir. Həmin qəzetin redaksiya heyətinin üzvü, məsul katibidir. 2009-cu ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrda ədəbi hissə müdiri vəzifəsində də çalışır. 

Bir sıra içtimai işləri yerinə yetirir. "Yeni nəşrlər" kataloq yurnalının redaksiya şurasının sədri, Cəlil Məmmədquluzadənin ev-muzeyinin elmi şurasının üzvüdür. 2010-cu ilə kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univeristetində pedoqoji fəaliyyət göstərib. Bir sıra tədris proqamlarının müəllifidir.

Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi, SSRİ Mədəniyyət Nazirliyi və SSRİ Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının "Kəndə mədəni hamilik əlaçısı" fəxri adlarına və digər mükafalatlara layiq görülüb.