Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Teatrşünaslar



İsrafilov İsrafil

 İsrafil Ramazan oğlu İsrafilov 1949-cu ildə sentyabr ayının 10-da Bakı şəhərində anadan olub.

1956 - cı ildə Bakıdakı 31 saylı orta məktəbin 1-ci sinfinə daxil olub, 1966-cı ildə həmin məktəbi bitirib.

1967 - 1971 - ci illərdə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki Mədəniyyət və İncəsənət Universitetində) ali təhsil almış,

1973 – 1975 - ci illər Bakı şəhəri 1 May mədəniyyət sarayında bədii rəhbər, 1975-1978-ci illərdə də Akademik Milli Dram teatrında truppa müdiri vəzifəsində çalışmış, bu zaman rejissor fəaliyyəti ilə məşğul olmuş, görkəmli rejissor T. Kazımovla bir sıra tamaşaların hazırlanmasında, o cümlədən, V. Şekspirin "Fırtına", M.S.Ordubadinin "Qılınc və Qələm", Anarın "Şəhərin yay günləri", M. F. Axundzadənin "Müsyo Jordan və Dərviş Məstəli şah", A.Safronovun "Daşqın" əsərlərinin səhnə təcəssümündə rejissor kimi işləyib.

1978 – 1985 - ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda Tədris teatrının direktoru olmuş, 1986 – 1989 - cu illərdə Azərbaycan KPMK – nın mədəniyyət şöbəsində təlimatçı, 1989 – 1991 – ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda elmi işlər üzrə prorektor, 1991 – ci ilin avqust ayından sentyabr ayınadək Azərbaycan Respublikası Prezidentinin Apparatında böyük məsləhətçi, 1991 – 1992 – ci illərdə Azərbaycan Respublikasının Abşeron rayonu İcra Hakimiyyətinin başçısı olub. 1993 – 2003 – ci illərdə Azərbaycan Respublikasının Elmlər Akademiyasının Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı muzeyinin, 2003 – cü ilin may ayından 2010 – cu ilin may ayınadək Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktor vəzifəsində çalışıb.

Azərbaycan Ali Sovetinin XII çağırış seçkilərində Xalq Deputatı seçilmiş, 1991-1995 - ci illərdə fəaliyyət göstərib.

Qeyd edilən illərdə elmi - yaradıcılıq işlərini davam etdirərkən ölkə və xarici mətbuatda dərc olunan, mədəniyyətin müxtəlif problemlərini işıqlandıran 200 - ə yaxın məqalələr yazmış, Rusiya, İraq, Türkiyə, Gürcüstan, Səudiyyə Ərəbistanı, İran, Rumıniya, Küveyt, Avstriya kimi ölkələrdə keçirilən beynəlxalq simpozium və konfranslarda respublikamızın elmi ictimaiyyətini təmsil edib.

Səhnə sənətimizin ədəbi materialı olan dramaturgiya araşdırmalarına görə filologiya sahəsində fəlsəfə doktoru alimlik dərəcəsi almış, daha sonralar rejissor sənəti sahəsində tədqiqatları mənə sənətşünaslıq doktoru ( 2004 ) alimlik dərəcəsi qazandırmışdır.

Teatr sənətinin elmi - nəzəri məsələləri, milli və dünya teatr prosesinə həsr edilən çoxsaylı tədqiqatların bəhrəsi kitablarında öz əksini tapmışdır. Xalq yazıçısı İmran Qasımovun yaradıcılığına həsr edilmiş " Sən nə üçün yaşayırsan? " ( rus dilində ), dramaturgiya və teatr məsələlərini əks etdirən "Həyatın səhnəsi, səhnənin həyatı", "Düşündüklərim", görkəmli rejissorlardan Tofiq Kazımovun yaradıcılığını araşdıran " Zaman. Rejissor. Poetika ", Ədil İsgəndərova həsr edilən, "Ədil İsgəndərovun teatrı", həmçinin Mehdi Məmmədovun yaradıcılığının təhlilini əhatə edən "Mehdi Məmmədovun rejissor sənəti" monoqrafiyaları da bu qəbildəndir.

"Azərbaycan milli rejissor sənətinin poetikası" kitabı mütəxəssislər tərəfindən teatr nəzəriyyəsi sahəsində sanballı elmi tədqiqat əsəri kimi qəbul edilmişdir.

Ayrı - ayrı illərdə " Qızıl qələm ", " Qızıl dərviş ", " Humay " mükafatlarına, beynəlxalq diplomlara layiq görülüb.

Elmi - tədqiqat işləri ilə yanaşı uzun illərdir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, eləcə də, Dövlət Milli Konservatoriyasında pedoqoji fəaliyyət göstərir, bu sahədə müvafiq proqramlar, metodik vəsaitlər və dərsliklər yazıb. Hazırda   " Xarici teatr " ( antik dövrdən XXI əsrə qədər ), " Azərbaycan teatr rəssamları " adlı kitablar üzərində işləyir.

Teatr Xadimləri İttifaqının idarə heyətinin, Azərbaycan Yazıçılar birliyinin,  eləcə də AMEA - nın Memarlıq və İncəsənət İnstitutunun nəzdindəki dissertasiya müdafiəsi Şurasının, Qafqaz müsəlmanları idarəsinin elmi – dini şurasının üzvüdür.

2010 – cu ilin may ayında Azərbaycan Dövlət Akademik Milli Dram teatrına direktor vəzifəsinə təyin edilib və hazırda həmin vəzifədə çalışır.