Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Teatrşünaslar



Aydın Talıbzadə

Talıbzadə Aydın Ağa Yunus oğlu - teatrşünas, tənqidçi, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, sənətşünaslıq elmləri namizədi (1989), "Aydın Məmmədov" adına mükafatın laureatı (2001).

Aydın Talıbzadə 1958-ci il oktyabrın 5-də Bakı şəhərində anadan olmuşdur. Burada 190 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Radio və Televiziya Şirkətində quruluşçu dekorator işləmişdir (1975-1976). M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq şöbəsində təhsil almışdır (1976-1981). Ordu sıralarında hərbi xidməti borcunu yerinə yetirmişdir (1981-1983). R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət müzeyində kiçik elmi işçi olmuşdur (1983). Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq kafedrasının dosentidir (1983-cü ildən).

Moskvada "Orta əsrlər Yaxın Şərq teatrının poetikası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1989). Ədəbi fəaliyyətə XX əsrin 70-ci illərindən başlamışdır. Dövri mətbuatda məqalə, əsər və rəylərlə çıxış edir. 250-dən çox əsəri ölkəmizdə və xaricdə çap olunmuşdur.

Orta əsrlər Yaxın və Orta Şərq teatrının poetikası istiqamətində elmi tədqiqatla məşğuldur. "Faciə: janrın təyininə dair" (1990), "Ustad və Ayna"(2004), "İslam dünyasında teatr və teatrallıq" (2006, rusca), "Şərq teatr tarixi" (2008), "Mehdi müəmması və ya sənətdə konseptual hamletizm" (2009) kimi kitabların müəllifidir. 2006-cı ildə Y.E.Qolosovkerin "Mif məntiqi" əsərini dilimizə çevirmişdir.      Müxtəlif telekanallarda tez-tez çıxışlar edir.