Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Teatrşünaslar



Məryəm Əlizadə

Əlizadə Məryəm Əli qızı - teatr tənqidçisi, teatrşünas, sənətşünaslıq doktoru (1998), professor (1999), 1986-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Məryəm Əlizadə 1950-ci il aprelin 14-də Bakı şəhərində fəhlə ailəsində anadan olmuşdur. Burada 31 saylı orta məktəbi bitirdikdən sonra Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatrşünaslıq fakültəsində təhsil almışdır (1967-1972). Əmək fəaliyyətinə Azərbaycan EA Memarlıq və İncəsənət İnstitutunun Teatr və Kino şöbəsində baş laborant kimi başlamışdır (1972-1975). Bakı Kitabxanaçılıq Texnikumunda müəllimlik etmiş (1976-1978). 1978-ci ildə müsabiqə yolu ilə ADİİ –nun «Teatr tarixi» kafedrasına müəllim qəbul edilmişdir. «Teatr tənqidi» ixtisas fənnini, «Azərbaycan teatrı» və «Xarici teatr» fənnlərini tədris edir. Gənc teatrşünasların, aktyor və rejissorların yüksək səviyyəli kadr kimi yetişdirilməsində yaxından iştirak edir.

1989-cu ildən sənətşünaslıq namizədi, dosentdir. 2005-ci ildən sənətşünaslıq doktoru, professordur. 2007-ci ildən «Əməkdar İnçəsənt Xadimi» fəxri adına layiq görülmüşdür.

Azərbayçan Teatr Xadimləri İttifaqının «Qızıl Dərviş» mükafatı laureatıdır. (1998-ci il).

Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdir. Azərbaycan Prezidenti yanında AAK- ın sənətşünaslıq üzrə ekspert komissiyasının üzvüdür.

200- dən artıq elmi məqalələrin, 3 elmi monoqrafiyanın müəllifidir.

Xaricdə, yaxın xariçdə və ölkəmizdə kecirilən teatr sənətinə həsr edilmiş simpoziumların fəal iştirakçısıdır. Azərbaycan teatr fikrini dövri mətbuatda, radio və televiziyada fəal şəkildə təmsil edir.

Ədəbi fəaliyyətə 1972-ci ildən "Qobustan" toplusunda teatr tənqidi barədə dərc olunan məqalələrlə başlamış, bundan sonra dövri mətbuatda teatr tənqidinə və teatrşünaslığa dair məqalələrlə müntəzəm çıxış etmişdir. "Əhməd Ağdamski" və "Həbibbəy Mahmudbəyov" elmi-ədəbi oçerkləri, "Unudulmaz səhnə ustaları" kitabında (1981, Yazıçı) dərc olunmuşdur. Azərbaycan Yazıçılar İttifaqı dramaturgiya şurasının sədri, M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram teatrında bədii şuranın üzvü (1987-ci ildən), Azərbaycan SSR Teatr Xadimləri İttifaqı idarə heyətinin üzvüdür (1988-ci ildən).

"SSRİ və Yunan Teatr Əlaqələri. Ənənə və novatorluq" simpoziumunda (Afina - 1986, oktyabr) Sovet nümayəndə heyətinin tərkibində Yunanıstanda olmuşdur.