Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Teatrşünaslar



Təhməzov Novruz

Teatrşünas, tənqidçi,  jurnalist, tədqiqatçı (1947-1991) Novruz  Nuh bəy oğlu Təhməzov 3 may 1947- ci ildə Şamaxı rayonu, Udulu Sovetliyinin Paşalı kəndində anadan olmuşdur. Şorbaçı kənd 8 illik məktəbini bitirdikdən sonra orta təhsilini Əli Bayramlı şəhər 2 saylı məktəbində başa vurmuşdur.

Orta məktəbi əla qiymətlərlə bitirən N.Təhməzov M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub. İnstitutu müvəffəqiyyətlə bitirdikdən sonra "Ədəbiyyat və İncəsənət" qəzetində çalışan Novruz Təhməzov mütəmadi olaraq elmlə də məşğul olmuşdur.

Azərbaycan teatr sənətinin tarixinə dair yazdığı dissertasiyanı 1985-ci ildə Özbəkistanın paytaxtı Daşkənd şəhərində uğurla müdafiə edib, "Sənətşünaslıq namizədi" alimlik dərəcəsi almışdır. N.Təhməzov 1972-ci ildən AzZDİİ-nin "Teatr tarixi" kafedrasında müəllim, baş müəllim və müdir vəzifələrində çalışmışdır.Bir çox tərcümələr etmiş.

1972- ci ildən "Ədəbiyyat və İncəsənət"qəzetində, "Qobustan" toplusunda, "Bakı" qəzetində respublikanın muasir teatr həyatından bəhs edən resenziya ,məqalələr cap edib. 1986-çı ildə "Xalq tamaşalarında rejissorluğun metodikası" adlı metodik göstərici çap olunub. 1989-cu ildə Moskvada keçirilən "K.S Stanislavski dəyişən dünyada" adlı beynəlxalq simpoziumunun nümayəndəsi olub. "Rejissorluq-bu sənətdir" adlı elmi nəzəri monografiya hazırlamışdı. Bundan başqa "Rus sovet dram teatrı tarixi" (M.1984) dərsliyini tərcümə edib.