Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Teatrşünaslar



Kərimov İnqilab

Azərbaycanın peşəkar teatrşünas nəslinə mənsub olan İnqilab Saleh oğlu Kərimov 1931-ci il aprelin 4-də Göyçay rayonunda doğulub. Orada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Teatr İnstitutunun teatrşünaslıq fakültəsində təhsil alıb (1948 - 1953).

İnqilab Kərimov 1957-ci il noyabrın 25-dən taleyini Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutu ilə bağlayıb. Gələcəyin alimi burada kiçik elmi işçi, baş elmi işçi (1966-1985) olub. Hazırda həmin institutda teatr, kino və televiziya şöbəsinin müdiri vəzifəsində işləyir. Alim-tədqiqatçı İnqilab Kərimov 1968-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində teatr tarixi, teatr tənqidi və dram nəzəriyyəsi fənlərini tədris edir. Həmin universitetin professorudur. "Sovet Azərbaycanının gənclər teatrı" adlı namizədlik dissertasiyasını 1963-cü ildə müdafiə edib. "Azərbaycan teatrının yaranması, təşəkkülü və inkişafı problemləri (XIX əsrin sonu, XX əsrin əvvəlləri)" adlı doktorluq dissertasiyasını 1988-ci ildə Moskvada müdafiə edərək sənətşünaslıq doktoru alimlik dərəcəsi alıb. İnqilab Kərimov 120-yə yaxın elmi əsərin müəllifidir. Onlardan 20-si monoqrafiya və kitab şəklindədir. Elmi əsərlərindən bir neçəsi rus dilində çap olunub. "Abdulla Şaiq və teatr", "Ağadadaş Qurbanov", "Azərbaycan və gürcü səhnə ustalarının dostluğu", "Xalq istedadları", "Sovet Azərbaycanının gənclər teatrı", "Azərbaycan Dövlət Dram Teatrı", "Əbdürrəhim bəy Haqverdiyev və teatr", "Cəfər Cabbarlı adına Kirovabad Dövlət Dram Teatrı", "Gənclik və gözəllik teatrı", "Sənət yolu, dostluq yolu", "Nəriman Nərimanov və teatr", "Azərbaycan teatrının təşəkkülü və inkişafı", "Türkiyə və Azərbaycan teatr əlaqələri", "Şuşa Ağdam teatrı", "Azərbaycan teatrı 125" kitabları var. Görkəmli alim, yorulmaz tədqiqatçı, sənətşünaslıq doktoru, professor İnqilab Kərimov Azərbaycan teatrının tarixinə və tənqidinə həsr olunmuş, eyni zamanda teatrın nəzəri məsələləri ilə bağlı çoxlu elmi əsərlərin müəllifidir. Alim mətbuatda "İnqilab" imzası ilə çıxış edir. İnqilab Kərimov 2001-ci ildə Azərbaycan MEA-nın müxbir üzvü seçilib. Respublikamızda nəşr olunan "Azərbaycan", "Qobustan", "Mədəni maarif", "Dirçəliş – XXI əsr" jurnallarında və qəzetlərdə 250 -dən artıq məqalə çap etdirmişdir..

2000-ci ildə Başqırdıstanın paytaxtı Ufa şəhərində keçirilən Türkdilli xalqların teatr festivalında iştirak edib və festival çərçivəsində "Azərbaycan teatrı:dünən, bu gün və sabah" mövzusunda mühazirə oxuyub.

2002-ci ildə Tatarıstanın paytaxtı Kazan şəhərində keçirilən Türkdilli xalqların teatr festivalında iştirak edib və festival çərçivəsində Azərbaycan teatrı barədə məruzə edib.

Göstərilən illər ərzində AzTv, Space, ANS və ATV televiziya kanalları ilə Azərbaycan teatrının görkəmli aktyorları, rejissorları, eləcə də dramaturqları barədə, həm də Türk dramaturqu Namiq Kamal barədə çıxışlar edib.