Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Teatrşünaslar



Hüseynov Rahib

Hüseynov Rahib Abuzər oğlu (09.04.1931. Bakı – 05.05. 1994. Bakı- Azərbaycan teatrşünası).

Sənətşünaslıq doktoru (1973), professor (1973), Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi (1974). M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Teatrşünaslıq fakültəsini bitirmişdir. (1953). 1957-58-ci illərdə Azərbaycan EA Memarlıq və İncəsənət İnstitutunda baş elmi işçi işləmiş, 1974-77-ci illərdə həmin İnstitutda şöbə müdiri olmuşdur. Tədqiqatları əsasən C.Cabbalı yaradıcılığına həsr olunmuş, bu mövzuya dair "C.Cabbarlının "Almaz" və "Yaşar" pyeslərinin ilk səhnə təcəssümü", "C.Cabbarlının "Sevil" pyesinin ilk səhnə təcəssümü", "C.Cabbarlı və səhnə həyatı"(hamısı, 1965), "C.Cabbarlının dramaturgiyasında istismar dünyasının ifşası"(1971) və b. əsərlər yazmışdır.

Hüseynovun pedaqoji fəaliyyəti Azərbaycan Dövlət Teatr İnstitutu (sonralar Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti) ilə bağlı olmuş, 1953-77-ci illərdə burada teatr tarixindən dərs demişdir. 1958-60-cı illərdə İnstitutuun direktor müavini, 1962-77-ci illərdə Teatr tarixi kafedrasının müdiri işləmişdir. Hüseynov İnstitutun ixtisaslı professor və müəllim kadrları ilə komplektləşdirilməsi, respublikanın ən yaxşı mütəxəssislərinin bura cəlb edilməsi, İnstitutun tədris bazasının genişləndirilməsi, yeni fakültələr yaradılması sahələrində mühüm işlər görmüş, bu illərdə İnstitut kiçik tədris müəssisəsindən İttifaq əhəmiyyətli İnstituta çevrilmişdir.

Əsərləri:

"C.Cabbarlı və teatrda müasirlik problemi", B., 1968; "C.Cabbarlının tarixi dramlarının səhnə təcəssümü". B., 1970.