Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Teatrşünaslar



Əliyeva Ədilə
(08.03.1923-1984)

Tənqidçi, ədəbiyyatşünas, teatrşünas, Yazıçılar Birliyinin üzvü

Ədilə Əliyeva Əlihüseyn qızı 1980-ci ildən Yazıçılar Birliyinin üzvü, sənətşünaslıq namizədi 1956-cı ildən Jurnalistlər birliyinin "Qızıl qələm" mükafatı laureatı 1923-cü il martın 8-də Bakıda doğulmuşdur. 132 nömrəli Bakı şəhər orta məktəbini bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1940-1945).

Azərbaycan KP/MK yanında Partiya Tarixi İnstitutunda elmi işçi kimi ədəbi fəaliyyətə başlamışdır (1944-1945). Onun "İgid qızlarımız" adlı ilk oçerki "Kommunist" qəzetində (7 mart 1945) dərc edildi. Moskvada Dövlət Teatr İnstitutunun aspiranturada təhsilini davam etdirmişdir, sonra Azərbaycan EA Ü.Hacıbəyov adına Azərbaycan İncəsənət İnstitutunda kiçik elmi işçi (1951-1955), sonra Azərbaycan EA Memarlıq və İncəsənət İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, teatr və kino şöbəsinin müdiri (1955-1984) olmuşdur. Balkan ölkələrinin birinci Beynəlxalq kinofestivalında (1967-ci il Sofiya), Beynəlxalq Kann kinofestivalında (1972, Fransa), Beynəlxalq Teatr İnstitutunun XIX konqresində (1981, İspaniya) və s. Sovet nümayəndə heyətinin üzvü kimi iştirak etmişdir.

Azərbaycan Ali Soveti Rəyasət heyətinin Fəxri fərmanı və iki medalla təltif olunmuşdur.

1984-cü ildə Bakıda vəfat etmişdir.