Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Teatrşünaslar



Turan Hüseyn qızı Cavid
(1923-2004)

Mədəniyyət xadimi, Azərbaycan Respublikası Əməkdar Mədəniyyət İşçisi (1982), Hüseyn Cavid mükafatı laureatı (1997), Prezident təqaüdçüsü (2002), Dövlət Əfv Komissyasının üzvü (2000-2004), H.Cavidin qızıdır. Turan Cavid Azərbaycan Dövlət Teatr İnstitutunun Teatrşünaslıq fakültəsini bitirmiş (1950), həmin institutda müəllim saxlanılmış, Azərbaycan teatr tarixindən mühazirələr oxumuşdur (1950-1983-cü illər). C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində arxiv memuar fondunda elmi işçi (1953-1968) və direktor vəzifələrində (1968-1991) çalışmışdır. Teatrşünas Turan Cavid Hüseyn Cavidlə əlaqədar film ssenarisinin də müəllifidir: "Cavidanə Cavid". Teatrşünas Turan Cavidin "Azərbyacan teatr tarixindən səhifələr" televiziya verişləri üçün hazırladığı mətnlər, yeni tamaşalar:

C.Cabbarlı adına ADT muzeyi, ADT-nın 100 illiyi qarşısında (1973), Abbas Mirzə Şərifzadə haqqında(1973), teatr haqqında (1974). Turan Cavidin C.Cabbarlı adına ADT muzeyi haqqında televiziya verilişləri üçün mətnləri:

I veriliş 1970-ci il;  II veriliş /Eskiz-maket fondu haqqında;  III veriliş Teatr muzeyinin fondlarında Hüseyn Ərəblinski yaradıcılığını əks etdirən eksponatlar haqqında (1971); IV veriliş- C.Cabbarlı – 75 (1974); V veriliş Ə.Əzimzadənin C.Cabbarlı adına ADT muzeyində saxlanılan eskizləri haqqında qısa məlumat (1980).

T. Cavid teatrşünaslıqla əlaqədar bir çox məqalələrin müəllifidir: "Teatr muzeyinin eksponatları danışır..."(1974). "C.Cabbarlı adına ADTM-yi H.Cavidin 100 illik yubileyi qarşısında". (1981).

"Azərbaycan Dram Teatrının inkişaf yolları" (1974). 1974-cü il mayın 14-də Azərbaycan Dram Teatrının 100 illiyinə həsr olunmuş elmi sessiya keçirilmişdir. Sessiyanın giriş sözü T.Cavidə aid idi: Azərbaycan dram teatrının inkişaf yolları haqqında.

"100 illik yubileyə hədiyyəmiz"(1974); "Teatr tarixindən səhifələr" yeganə əlyazmasıdır. (1982); "Qiymətli əlyazmaları" (1985); С.Məmmədquluzadə adına Naxçıvan Ədəbiyyat muzeyi haqıında T.Cavidin rəyi; "Kazım Ziya haqqnda xatirələrim"(1981); "Bir aktyorun rol dəftərçəsi"(1984).

1991-2004-cü illərdə AMEA H.Cavidin Bakıdakı ev muzeyinin direktoru vəzifəsində çalışmışdır. Respublikanın mədəni həyatında fəal iştirak etmiş, mətnşünaslıq sahəsində də əvəzsiz xidmətləri olmuşdur. H.Cavidin 1958-2004-cü illərdə nəşr olunmuş bütün kitablarının tərtibçisidir.