Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Teatrşünaslar



Səfərov Cabir
(1924-1990)

Tənqidçi, teatrşünas. Azərbaycan Dövlət Teatr İnstitutunun teatrşünaslıq fakültəsini bitirmişdir.

"Ədəniyyat və İncəsənət" qəzeti readksiyasında şöbə müdiri, Azərbaycan Dövlət Teatr İnstitutunda mədəni-maarif kafedrasının müdiri, Azərbaycan Teatr Cəmiyyətinin rəyasət heyəti sədrinin birinci müavini, "Dostluq" teatrının direktoru, incəsənət institutunda baş müəllim işləmişdir.

"Azərbaycan Dram teatrı" (A. Babayevlə birlikdə), "Hacıağa Abbasov", "Ağdam xalq teatrı", "Şərəfli yol"(A.Babayevlə birlikdə), "Teatr və dramaturgiya", "İbrahim İsfahanlı" kitablarının müəllifidir.

Cabir Səfərov Mahmud oğlu 1948-ci ildə Azərbaycan Dövlət Teatr institutunun teatrşünaslıq fakültəsinə daxil olub 1953-cü ildə oranı əla qiymətlərlə başa vurmuşdu. İş burasında idi ki, C.Səfərov instituta, onunla bir kursda oxuyan tələbələr kimi orta məktəbi bitirən kimi gəlməmişdi. O, Böyük Vətən müharibəsində döyüşmüş, sonra teatrın ən yaxşı tamaşalarında kütləvi səhnələrdə çıxış etmiş, hətta sonralar özünün yarı ciddi, yarı zarafatla dediyi kimi, "nizə tutan rolunu" da oynamışdı. Dövrün ən görkəmli aktyorları ilə, o cümlədən Sidqi Ruhulla, Mirzəağa Əliyev, Ağasadıq Gəraybəyli, Mərziyə Davudova, Fatma Qədri, İsmayıl Osmanlı və bir çox başqaları ilə çiyin-çiyinə işləmiş, bu böyük sənətkarların sənətindən mənfəətlənmiş, həm də teatrın tarixi, nəzəriyyəsi və tənqidi ilə maraqlanmışdı. İnstitutu bitirdikdən sonra "Ədəbiyyat və İncəsənət" qəzetində çalışmış, Azərbaycan Teatr Cəmiyyətinin sədr müavini kimi fəaliyyət göstərən Cabir Səfərov yalnız respublikamızın teatr həyatı ilə deyil, Orta Asiyada, Gürcüstanda və digər respublikalarda fəaliyyət göstərən Azərbaycan teatrlarının işi ilə yaxından maraqlanmış, böyük fədakarlıqla teatr əlaqələrinin inkişafına səy göstərmişdir.