Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Rejissorlar



Nemətov Azər Paşa


13 avqust 1947-ci ildə anadan olmuşdur.

Uşaq çağlarında Azər Paşanın musiqiyə güclü duyumu, marağı olub. Valideynləri onu Bülbül adına orta ixtisas musiqi məktəbinə aparıblar. Sonra Azərbaycan Dövlət Konservatoriyasında, dünya şöhrətli bəstəkar Qara Qarayevin sinfində təhsil alıb. Tələbəlik illərində mahnılar da bəstələyib, amma gözlənilmədən qənaətini dəyişib.

Görkəmli rejissor Azər Paşa Nemət (1947)1965-ci ildə teatr institutunun rejissorluq fakültəsinə daxil olub. Məşhur rejissor Mehdi Məmmədovun kursunu bitirərək iki il sonra onun yanında assistent-müəllim işləyib. Diplom işi «Qardaşım klarnet çalır» (A.Aleksin, Robert Rojdestvenski və Oleq Feltsman) Gənc Tamaşaçılar Teatrının (GTT) rus bölməsində göstərilib. 1972-ci ildə GTT-də əvvəl rejissor assistenti, sonra quruluşçu rejissor işləyən Azər Paşa arada Sankt-Peterburq eyni tipli teatrında çalışıb (1974-1977). Gənc yaşlarından şöhrət qazanan Azər Paşa 1977-ci ildə Bakıya qayıdaraq GTT-də rejissor və baş rejissor (1983-1990) işləyib.

1990-cı aprel ayının 20-dən Akademik Milli Dram Teatrının quruluşçu rejissorudur. 1991 və 1996-cı illərdə isə Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri seçilib. Andrey Popov adına SSRİ ümumittifaq müsabiqəsinin laureatıdır (1985). Respublikanın Əməkdar incəsənət xadimi (1987) Azər Paşanın tamaşaları İstanbulda, Aşğabadda, Moskvada  keçirilmiş festival və müsabiqələrdə uğur qazanıb.

Azər Paşanın tamaşalarında rejissorun fəlsəfi fikri söz, hərəkət, musiqi və səhnə tərtibatının bədii həlli ahəngdar tərzdə paylanır.  Azər Paşa Nemət öz quruluşlarında çağdaş dünya modern teatr estetikasının milli teatr düşüncəsi ilə sintezinə möhtəşəmliklə nail olur.

A.Nemətov 1987-ci ildə Əməkdar İncəsənət Xadimi, 2002-ci ildə Xalq Artisti fəxri adlarına layiq görülmüşdür.