Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Rejissorlar



İbrahimoğlu Vaqif

Vaqif İbrahimoğlu 18 oktyabr 1949-cu ildə Bakı şəhəri Mərdəkan qəsəbəsində anadan olmuşdur.

1967-ci ildə AzDMİİ-nin "dram və kino aktyorluğu" fakültəsinə daxil olmuş, 1972-ci ildə həmin institutu bitirmişdir.

1973-1976-cı illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor vəzifəsində çalışmışdır.

1976-1979-cu illərdə Azərbaycan Teatr Cəmiyyətinin nəzdindəki Eksperimental teatr Studiyasında, 1979-1982-ci illərdə Tədris Teatrında Bədii rəhbər, 1982-1989-cu illərdə isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında baş rejissor vəzifəsində fəaliyyət göstərmişdir.

Azərbaycan Milli Akademik Dram Teatrında, Türkiyənin Ankara və Bursa teatrlarında, Estoniyanın Uqala Teatrında tamaşalar hazırlamışdır.

1989-cu ildən «YUG» Teatrının Bədii rəhbəri vəzifəsində çalışmışdır (1992-ci ildə «YUG» Teatr-Studiyası dövlət statusu almışdır). 22 may 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub. AzTXİ-nin təsis etdiyi «Qızıl Dərviş» mükafatı laureatı, AzDMİU-nun dosentidir. 2006-cı ildə Prezident mükafatına layiq görülmüşdür.

Vaqif İbrahimoğlu «YUG» Teatrında 1989-cu ildən 2011-ci il tarixə qədər 90-a yaxın tamaşaya quruluş vermişdir.

2011-ci ilin may ayında Vaqif İbrahimoğlu dünyasını dəyişmişdi.