Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Rejissorlar



Haşımov Məhərrəm
(2.2.1912 - 2.5.19691)

Sənət fəaliyyətində yaradıcılıqla bərabər, inzibati təşkilatçılıq bacarığı da formalaşmışdır.

O,1948-ci ildən 1951-ci ilə qədər Azərbaycan Dövlət Rus Dram Teatrında direktor və quruluşçu rejissor kimi çalışmışdır.

1956-cı ildə isə qazandığı möhtəşəm sənət nailiyyətlərinə görə yenidən Rus Dram Teatrına göndərilərək güclü truppaya malik kollektivin baş rejissorluğu ona tapşırılmışdır. Bu vəzifədə 1960-cı ilə kimi coşğun daxili həvəslə, ciddi yaradıcılıq ehtirası ilə çalışmışdır.

ADOBT-də (1951-1956) və "Azərbaycanfilm" kinostudiyasında direktor işləmişdir (1960 - 1965). Eyni zamanda Incəsənət İşləri İdarəsinin rəisi olmuşdur.

1966-cı ildə Rus Dram Teatrına qayıdaraq kollektivə yenə baş rejissorluq etmişdir.

Uzun illər Azərbaycan Dövlət Teatr İnstitutunda pedaqoji fəaliyyətlə məşğul olmuş, tələbələrə rejissor və aktyor sənətinin sirlərini öyrətınişdir.

Məhərrəm Kazım oğlu Haşımovun Azərbaycan Dövlət Rus Dram Teatrında rejissorluq fəaliyyətinin əsas məğzində müasir fəlsəfi-realist teatr yaratmaq məqsədi dururdu. Əsas işləri "Döngədə ev" (Tur qardaşları. 1949), "Xəzər üzərində şəfəqlər" (İmran Qasımov. 1950), "Balıqçı oğlu" (Vilis Latsis. 1953), "Dəniz cəsurları sevir" (İmran Qasımov və Həsən Seyidbəyli. 1954), "Entoni Qrantın cinayəti" (Cerald Qordonun romanı əsasında. 1956), "Aydın" (Cəfər Cabbarlı. 1957), "Yasəmənlər çİçək açanda" Nmolay Vinnikov. 1957), "Hamam" (Vladimir Mayakovski. 1959), "Maskarad" (Mixail Lermontov. 1959), "İrautsk əhvalatı" (Aleksey Arbuzov. 1960), "Kino çəkilir..." (Edvard Radzinski. 1966), "Teleqramla hekayət" (V. Osipov. 1966), "Milyonçu qadın" (Bernard Şou. 1966), "İntervensiya" (Lev Slavin. 1967), "Ənənəvi toplanış" (Viktor Rozov. 1968) tamaşalarına verdiyi quruluşlardır.

İmran Qasımovun "Xəzər üzərində şəfəqlər" pyesinə Azərbaycan Dövlət Rus Dram Teatrında verdiyi quruluşa görə Məhərrəm Haşımov və tamaşanın bir qrup yaradıcı heyəti rəssam Sergey Yefimenko, aktyorlardan Konstantin Myakişev (Hüseynov), Boris Çinkin (Nəcəfov), Viktor Şarlaxov (Məmmədov), Pyotr Yudin (Poladov) 1951-ci ildə SSRİ Dövlət mükafatına layiq görülüblər. 1969-cu ildə isə "Demoklisin qılmcı" (Nazim Hikmət), "Maskarad", (Mixail Lermontov) və "Kino çəkilir..." (Edvard Radzinski) tamaşalarına verdiyi monumental quruluşlara görə rejissor Mirzə Fətəli Axundzadə adına Respublika mükafatı laureatı adını alıb.