Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Rejissorlar



Səlimova Cənnət

Səlimova Cənnət Əlibəy qızı 1957-1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır.

1962-1967-ci illərdə o, Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun "Dram rejissorluğu" fakültəsində təhsil almışdır.

1967-ci ildən 1991-ci ilədək C.Səlimova S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında rejissor vəzifəsində işləmişdir. Bu teatrda işlədiyi müddətdə C.Səlimova bir çox əsərlərə quruluş vermişdir. Onlardan F.M.Dostoyevskinin "Cinayət və cəza", "Əbləh", A.P.Çexovun "Vanya dayı", İvanov", C.Cabbarlının "Aydın" və s. göstərmək olar.

1982-ci ildən 1991-ci ilədək o, həmin teatrda baş rejissor vəzifəsində işləmişdir. 1991-ci ildən 2010-cu ilədək C.Səlimova Bakı Kamera Teatrına bədii rəhbər işləyib.

2011-ci ildən Gənc Tamaşaçılar Teatrına baş rejissor təyin edilib. Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin professorudur. Bundan əlavə Dövlət Musiqili Komediya Teatrında bir çox tamaşalar hazırlamışdır. Ü.Hacıbəyovun "O olmasın, bu olsun", İ.Karmanın "Silva", "Maritsa", F.Ledar "Şən dul qadın" tamaşalarına səhnə həyatı vermişdir. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Payatsı" (R.Leonkovallo), "Traviata" (C.Verdi), "Boqema" (C.Puççini) kimi operaları səhnəyə qoymuşdur.

2006-cı ilin mayından C.Səlimova Opera və Balet Teatrına əvəzçilik üzrə quruluşçu rejissor vəzifəsinə qəbul edilmişdir.

"Şərəf nişanı" ordeni və Azərbaycanın "Şöhrət" ordeni ilə təltif edilmişdir.