Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Rejissorlar



Əsgərov Əsgər

19 iyun 1961-ci ildə Naxçıvanda doğulub. Azərbaycan Dövlət İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirib. 1983-cü ildə teatrın aktyor truppasına qəbul olunub.

Bir il sonra hərbi xidmətə gedib və qayıdandan sonra Naxçıvan televiziyasında rejissor işləyib. Moskvada Mayakovski adına Akademik Dram Teatrında təcrübə keçib (1988-1989).

Əsgər Əsgərov 1989-1995-ci illərdə Naxçıvan DMDT-də baş rejissor işləyib. Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan", "Məşədi İbad", "Ordan, burdan", Edvard Olbinin "Zoopark əhvalatı", Nazim Hikmətin "Qəribə adam", Cəfər Cabbarlının "Aydın", Həsən Fətullayevin "Əlincədən uçan qartal", İslam Səfərlinin "Xeyir və şər", Rafiq Səməndərin "Şəhidlər", Georgi Xuqayevin "Arvadıının əri" əsərlərini tamaşaya hazırlayıb.

1995-ci ildən Akademik Milli Dram Teatrında rejissor işləyir.