Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Rejissorlar



Əsədov Vaqif

5 aprel 1947-ci ildə Naxçıvanda doğulub. 1969-cu ıldə ADİİ-nın dram və kino aktyorluğu fakültəsini bitirərək təyinatla Naxçıvan teatrına gəlib. Aktyor işləyə-işləyə bir neçə dram əsərini tamaşaya hazırlayıb.

1982-1989-cu illərdə kollektivin baş rejissoru işləyib.

Teatrın səhnəsində Əkrəm Əylislinin "Mənim nəğməkar bibim", "Bir cüt bədmüşk ağacı", "Qiymətli qafiyələr", Həmid Arzulunun "Əlincə qalası", Paolo Messinanın "Sükut divarı", Sofoklun "Elektra", Ramiq Muxtarın "Şəhərli kürəkən", Mirzağa Atəşin "Cırtdan" dramlarına, Cavid Poeziya Teatrında Hüseyn Cavidin "Azər" poemasına, "Mənim tanrım gözəllikdir, sevgidir", Məmməd Arazın "Azərbaycan, dünyam mənim" bədii-dramatik kompozisiyalarına quruluş verib.

Vaqif Əsədov 9 yanvar 1978-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb.

1989-cu ildə köçürmə yolu ilə Gənc Tamaşaçılar Teatrına quruluşçu rejissor göndərilib.