Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Rejissorlar



Qələndərli Baxsi

Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimidir. Xankəndində doğulub (1903- 1982). Bakı Teatr Məktəbini bitirib. Leninqrad Səhnə Sənəti İnstitutunda (1930-1934) təhsil alıb. Uzun illər Irəvan DADT-də rejissor və baş rejissor işləyib.

1964-1982-ci illərdə müəyyən fasilələrlə Naxçıvan DMDT-də quruluşçu rejissor və baş rejissor işləyib. Baxşı Qələndərli Naxçıvan səhnəsində Səməd Vurğunun "Vaqif", Cəlil Mənmmədquluzadənin "Anamın kitabı", Mirzə Fətəli Axundzadənin "Hacı Qara", "Müsyö Jordan və dərviş Məstəli şah", Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər", Süleyman Sani Axundovun "Eşq və intiqam", Əlyar Yusiflinin "Səadət naminə", Sabit Rəhmanın "Toy", İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən", Kəmalə Ağayevanın "Məhsəti", Alensandr Şirvanzadənin "Nakam qız", Boris Lavrenyovun "Hücum", Vsevolod İvanovun "Zirehli qatar 14-69", Karlo Haldoninin "Mehmanxana sahibəsi", Konstantin Simonovun "Dördüncülər", Aleksandr Ostrovskinin "Cehizsiz qız" pyeslərini, Üzeyir bəy Hacıbəyovun "Məşədi İbad", "Ər və arvad", Məmməd Səid Ordubadi və Səid Rüstəmovun "Beş manatlıq gəlin" operettalarını tamaşaya hazırlayıb.