Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Rejissorlar



Ağayev Həsən
(10.5.1910 - 20.6.1986)

Rejissor Həsən Ağayev 10 may 1910-cu ildə Bakıda doğulub. Bakı Teatr Məktəbini bitirib və 1928-ci ildə Bakı Türk İşçi Teatrında aktyor kimi səhnə fəaliyyətinə başlayıb. Teatr Gəncəyə köçəndə o, İrəvana gedib və burada DADT-nin truppasına daxil olub. Aktyorluqdan daha çox rejissor sənətinə maraq göstərən Həsən Ağayev Moskvada Lunaçarski adına Teatr Sənəti İnstitutunda təhsil alıb. Moskva Bədaye Akademik Teatrının, Vaxtanqov və Meyerxold teatrlarının estetik prinsiplərini, poetika səciyyələrini mənimsəməyə çalışıb.

1936-cı ildə Bakıya gəlib və OBT-də Üzeyir bəy Hacıbəyovun "Ər və arvad" operettasını tamaşaya hazırlayıb. Elə həmin il Naxçıvana gedib və 1939-cu ilə kimi buradakı DDT-də ondan çox əsərə səhnə quruluşu verib. Bakı və Naxçıvan teatrlarında müəyyən rejissorluq təcrübəsi toplayan Həsən Ağayev 1939-cu ildə Gəncə DDT-yə quruluşçu rejissor qəbul edilib. Uzun illər bu kollektivdə səmərəli yaradıcılıq axtarışları ilə çalışan sənətkar 1939 - 1942 və 1962 - 1965-ci illərdə kollektivə baş Həsən Ağayevin Gəncə teatrında ilk işi Qurban Musayevin "Şərqin qalası" əsərin tamaşası olub. O, bu teatrda Əbil Yusifovun "Babək", Cəfər Cabbarlının "Aydın", "Yaşar", "Solğun çisəklər", Sabit Rəhmanın "Xoşbəxtlər", "Əliqulu evlənir", Jan Batist Molyerin "Jorj Danden", "Sevil", Vilyam Şekspirin "Otello", Səməd Vurğunun "Fərhad və Şirin", "Vaqif", Mirzə İbrahimovun "Məhəbbət", Mirzə Fətəli Axundzadənin "Hacı Qara", "Lənkəran xanının vəziri", Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər" və "Hacı Fərəc", Nikolay Qoqolun "Müfəttiş", Ənvər Məmmədxanlının "Şərqin səhəri", Məmmədhüseyn Təhmasibin "Bahar", "Çiçəkli dağ", Karl Myufkenin "İldırımlı yollarla" (Piter Abrahamsın romanı əsasında), İlyas Əfəndiyevin "Bahar suları", "Sən həmişə mənimləsən", "Unuda bilmirəm", Vasili Şkvarkinin "Özgə uşağı" və Novruz Gəncəlinin "Şəlalə", Məmmədhüseyn Təhmasibin "Bahar", Məcid Şamxalovun "Qaynana" və bir sıra əsərlərə maraqlı səhnə quruluşları verib.

Teatr sənətindəki xidmətlərinə görə Həsən Ağayev 20 may 1958-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adı ilə təltif edilib. 20 iyun 1986-cı ildə gəncədə vəfat edib.