Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Rejissorlar



Sidqi Ruhulla

1910-1914-cü illərdə dəfələrlə Naxçıvana uzunmüddətli qastrollara gəlib və yerli həvəskarlarla Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu", "Dağılan tifaq", Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin", Mirzə Fətəli Axundzadənin "Xırs quldurbasan" pyeslərini tamaşaya qoyub.

O, 1931-1932-ci il teatr mövsümündə qısa müddət Naxçıvan teatrında direktor və bədii rəhbər işləyib. Teatrda Nəriman Nərimanovun "Nadir şah", Cəlil Məmmədquluzadənin "Ölülər", Cəfər Cabbarlının "Od gəlini", "1905-ci ildə", "Sevil", Fridrix Şillerin "Qaçaqlar", Nikolay Qoqolun "Müfəttiş", Vilyam Şekspirin "Otello" əsərlərini tamaşaya hazırlayıb. Bu tamaşalar teatrın peşəkarlığının formalaşmasında səmərəli rol oynayıb.