Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Rejissorlar



Rövşən Almuradlı

Həyatı

Rövşən Almuradlı 1972-1976-cı illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində ali təhsil almışdır. Sonra o, aktyor kimi Tədris Teatrında fəaliyyətə başlamışdır.

Yaradıcılığı

1976-1980-cı ilə qədər Şəki Dövlət Dram Teatrında çalışan aktyor, həmin illərdə: Şekspirin "Kral Lir"ində Kral Lir, Cəfər Cabbarlının "Aydın"ında Dövlət bəy, Anarın "Adamın adamı"nda İbiş İbşli və Xoca Zıq-zıq, Əkrəm Əylislinin "Kür qırağının meşələri"ndə Qasım obrazlarını yaratmışdır. O, 1980-1985-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında Ə.Əylislinin "Vəzifə" tamaşasının quruluşçu rejissoru olmuşdur. 1985-1987-cı ilədək Moskva Satira Teatrında iki illik rejissorluq təcrübəsi keçdikdən sonra Şəki Dövlət Dram teatrında: M.Salimoviçin "Dərviş və ölüm", 1987-ci ildə Sumqayıt Dövlət Teatrında: N.Hikmətin "Bayramın birinci günü", M.Suleymanlının "Dəyirman" əsərlərinin quruluşçu rejissoru olmuşdur.

Rövşən Almuradlı 1988-1989-cu illərdə Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru olarkən: Y.Səmədoğlunun "Qətl günü", V. Sergeyevin "Bağlı qapı arxasında iki nəfər" əsərlərinə quruluş vermişdir.

1989-cu ildə "Azərbaycanfilm" kinostudiyasının "Debüt" studiyasında "Hücum" adlı qısametrajlı bədii filminin quruluşçu rejissoru, 1991-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının nəzdində açılan, müstəqil "İstiqlal" teatrının bədii rəhbəri olmuşdur. Həmin illərdə o: M.Suleymanlının "Zirzəmi", M.Dostoyevskinin "Şıltaq qız", M.Qoqolun "Dəlinin qeydləri", 1992-ci ildə Gəncə Dövlət Dram teatrında: Anarın "Beş mərtəbəli evin altıncı mərtəbəsi" kimi əsərlərin quruluşçu rejissoru olmuşdur.

1993-cü ildə Azərbaycan Dövlət Radio və Televiziya verilişləri Komitəsində rejissor işləmişdir. 1993-1995-illərdə "Bəri bax" müstəqil kinostudiyasında tammetrajlı "Yük" bədii filminin quruluşçu rejissoru olmuşdur.

R.Almuradlı AZ TV-nin "Sabah" yaradıcılıq birliyində hazırlanmış: C.Məmmədquluzadənin "Anamın kitabı", N.Hacızadənin "Qayalarda qalan səs", "Yaz yuxusunun işiqi", "Şəkilçi və şəkilçi", Şekspirin "Kleopatra" film-tamaşalarının, 7 seriyalı "Abbas və Gülgəz", "Koroğlu" film-dastanlarının quruluşçu rejissoru, "Bəsdir aglama", 1994-cü ildə "Doğma" kino-povesti əsasında çəkilmiş "Ümud" bədii filminin, "Etnoqrafik etüdlər", "Qobustan", "Qax abidələri", "Padarçöl", "Molla Cümə", "Şıx ocağının işığı", "Qudyalçay" kimi sənədli filmlərin rejissoru, eləcə də 2005-ci ildə Akademik Milli Dram Teatrında: İ.Şıxlının "Ölüləri qəbiristanlıqda basdırın" əsərinin quruluşçu rejissorudur.

Rövşən Almuradlı 2006-cı il oktyabr ayının 25-də Akademik Milli Dram Teatrına quruluşçu rejissor vəzifəsinə qəbul edilmişdir. Hal-hazirda kinorejissor Azərbaycan istehsalı olan "Cavad xan" filmi üzərində işləyir.

Filmoqrafiya

1. Hücum (film, 1989)

2. Qəzəlxan (film, 1991)

3. Anamın kitabı (film, 1994)

4. Azadlığa gedən yollar (film, 1990)

5. Qayalarda qalan səs (film, 1995)

6. Şəkilçi (film, 1995)

7. Ümid (film, 1995)

8. Yük (film, 1995)

9. Etnoqrafik etüdlər (film, 1996)

10. Kleopatra (film, 1996)

11. Yaz yuxusunun işığı (film, 1996)

12. Qobustan (film, 1997)

13. Bəsdir, ağlama! (film, 1999)

14. Ünvansız qız (film, 1999)

15. Abbas və Gülgəz (film, 2000)(sənədli serial)(Aztv)-quruluşçu rejissor

16. Qax abidələri (film, 2001)

17. Qudyalçay (film, 2001)

18. Padarçöl (film, 2002)

19. Koroğlu (film, 2003)

20. Cavad xan. filmin filmi. 5-ci veriliş (film, 2007)

21. Cavad xan (film, 2009)

22. Teatral həyat (film, 2009)

23. Molla Cümə (film)(Sənədli Film)(AzTv)

24. Şıx Ocağının İşığı