Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Aktyorlar



Nurzadə Əli (Əli Nur)
( Akademik Milli Dram Teatr )

Səhnə təxəllüsü 'Nur'dur. Yaradıclığının bədii-estetik imkanlarına görə daha çox romantik aktyor məktəbinin poetika göstəricilərinə uyğundur. Daxilən ehtiraslı, dramatik ziddiyyətli, müəyyən pafoslu, mürəkkəb konfliktli vəziyyətlərə düşən obrazları oynamaq cəhdi güclüdür. Gözə gəlimli səhnə görkəminə coşqun daxili temperamentinə malikdir. Milli klassik dramaturqlarımızın komediyalarında ciddi yumorlu, cazibəli rolları var. Səsi ötkəm və qəltanlıdır, səhnədə cingiltili danişmağı xoşlayır. Sərt xarakterli dramatik surətlər üçün onun aktyor ifadə vasitəlri nisbətən əlvan və mənalı görünür.

Əli Qayıb oğlu Nurzadə (Əli Nur) 1948-ci il yanvar ayının 10-da Ağsu rayonunun Bico kəndində anadan olub. Orta məktəbin on birinci sinfini 1965-ci ildə doğma kəndində bitirib. Həmin il uğurla imtahan verərək Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun sənayenin iqtisadiyyatı fakultəsinə daxil olub. Üçüncü kursa keçəndə köçürmə ilə 1968-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakultəsinin birinci kursuna götürülüb. Sənət müəllimləri xalq artisti, rejissor və aktyor Rza Təhmasib, rejissor Əliheydər Ələkbərov və Əzizağa Quliyev olublar. 1972-ci ildə ali aktyor diplomu alan və İnstitutda müəllim işləyən Əli Nur həmin il sentyabr ayının 1-də təyinatla Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib, 1973-cü ilin mayından 1974-cü ilin iyun ayına qədər hərbi xidmətdə qulluq edib və qayıtdıqdan sonra yenə teatrda aktyor işləməyə başlayıb. 30 dekabr 1982-ci ildən 10 fevral 1986-cı ilə qədər aktyorluqla bərabər, həm də teatrın direktoru vəzifəsini tutub.

20 sentyabr 1986-cı ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əmri ilə Sumqayıtdan Bakıya, Akademik Milli Dram Teatrına aktyor ştatına keçirilib və o vaxtdan bu truppanın üzvüdür.

Əli Nur Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında işlədiyi on üç il ərzində (bir ili hərbi xidmətdə keçib) aşağıda siyahısı verilən rollar silsiləsini ifa edib.

Bəhram. 'Solğun çiçəklər' , C. Cabbarlı.

Arif. 'Ana məhəbbəti' , Y. Məmmədov.

Armenak. 'Parisli kürəkən' , A. Papayan.

Rahib. 'İnam' , F. Məmmədov.

A.B. 'Demoklisin qılıncı' , N. Hikmət.

Cəlal. 'Komsomol poeması' , İ. Coşqun. Səməd Vurğunun eyniadlı poeması əsasında.

Tərgəldi. 'Adamın adamı' , Anar.

İbad. 'Almaz' , C. Cabbarlı.

Laqutin. 'Poladəridənlər' , G. Bokarev.

Tamaz. 'Sərbəst mövzu' , A. Çxaidze.

Ölüm mələyi. 'İlahi komediya' , İ. Ştok.

Rüstəm. 'Vəfalı Səriyyə' , C. Cabbarlı.

Arbeni. 'Maskarad' , Y. Lermontov.

Aləmtac. 'Mehrişah' . O. Məmmədov.

Bəbir. 'Ayıl, bax bu dünyaya' , H. Nəzərli.

Zakir. 'Toy şənbə günü olacaq' , M. Kərim

Ərəblinski. 'Ərəblinski' , Ə. Nur.

Rəhim. 'Ağa Kərim xan Ərdəbil' , N.Vəzirov.

Şıxlinski. 'Bütün Şərq bilsin', N. Həsənzadə.

Şafirov. 'Vətənə qayıtmaq istəyirəm', V. Koşuta.

Qaratay. 'Afət', H. Cavid.

Stenli. 'İstək tramvayı' , T. Uilyams.

Saqadayev. 'On üçüncü sədr' , A. Abdulin.

Atabala. 'Doğmalar' , R. Əlizadə.

Oqtay. 'Oqtay Eloğlu' , C. Cabbarlı.

Mustafa. 'Cahargah fantaziyası' , K. Kərimov.

Etibar. ' Mənim arxalandığım ' , N.Xəzri.

Direktor. 'Qəbul təxirə salınır' , C. Yusifzadə.

Aktyor Əli Nur Akademik Milli Dram Teatrının səhnəsində aşağıdakı tamaşalarda da silsilə rolların ifaçısıdir.

Şirzad. 'Şeyx Xiyabani' , İ. Əfəndiyev.

Nizami Gəncəvi. 'Atabəylər' , N. Həsənzadə.

Qazan xan. 'Torpağa sancılan qılınc' , N. Xəzri.

Nəsimi. 'Fəryad' , B. Vahabzadə.

Mustafa. 'Cahargah fantaziyası' , K. Kərimov.

Mirzə Fətəli Axundzadə. 'Mənsiz Dünya' , N. Xəzri.

Nümayəndə. 'Tufandan əvvəl' , A. Süleymanov.

Rəhimzadə. 'Bizim qəribə taleyimiz' , İ.Əfəndiyev.

Kumar. 'Qanqın böyük dalğası' , C. Əfruz.

Qələndər. 'Gülüstanda qətl' , C. Əlibəyov.

Abdi əfəndi. 'Qanlı Nigar' , S. Şendil.

Diktor Altay. 'Tənha iydə ağacı' , İ.Əfəndiyev.

Səlim Babayev. 'Sevgililərin cəhənnəmdə vüsalı' , İ.Əfəndiyev.

Mirzə Məhəmməd. 'Anamın kitabı' , C. Məmmədquluzadə.

Şair. 'Sokratı anma gecəsi' ('Eşşək dərisi üzərində məhkəmə'), Ç. Aytmatov və M. Şahanov.

Çapar. 'Şah Edip, yaxud alın yazısı' ('Şah Edip'), Sofokl.

Kərim. 'Lənkəran xanının vəziri' , M. F. Axundzadə.

Pirqulu. 'Aydın' , C. Cabbarlı.

Mustafa. 'Ulduz, yaxud Ədimə fəthi' , C. Cabbarlı.

Şəfiyev. 'Bu dünyanın adamları' , Hidayət.

Babək. 'Dar ağac' , B. Vahabzadə.

Əlimərdan. 'Eşq və intiqam' , .S. S. Axundov.

Qara xaqan. 'Özümüzü kəsən qılınc' , ('Göytürklər'), B. Vahabzadə.

Nostradamus. 'Hələ 'sevirəm' deməmişdilər...' , R. Novruz.

M.F.Axundov. 'Brüseldən məktublar' , H.Həsənov.

Səttar. 'Rəqabət' , B. Vahabzadə

Patifor, Şezar. 'Misir gecələri' M.S.Ordubadi, V.Şekspir və N.Hikmət .

Sarıqlı Molla. 'Dirilən adam' , Mir Cəlal.

Rüstəm Xan. 'Eloğlu' , A.Şaiq.

Şahi. 'Füzuli', M.M.Seidzadə.

Səməd Mənsur. 'İmzanın hökmü' , T.Kazımov.

Dədə Qorqud. 'Gəl, Novruzum ' , S.Cavadlı.

Kəlbəli Xan. 'Qarabağnamə' , İ.Əfəndiyev.

İsrail. 'Teleskop' , Elçin.

İstinyeli Əşrəf. 'Qanlı Nigar' , S.Şendil.

Əli Nur müxtəlif illərdə Azərbaycan Dövlət Televiziyasında hazırlanmış Cəfər Cabbarlının 'Mənsur və Sitarə' (Mənsur), Füzuli Sərkərovun 'Xatirələrdən gəlmiş qonaq' (Mənsur), Nikolay Qoqolun 'Novellalar' (Qoqol), Əhməd İsayevin 'Torpağın da canı var' (Mahmud), Əkrəm Əylislinin 'Ürək yaman şeydir' (Əjdər), İlyas Əfəndiyevin 'Qaçaq Süleyman' (Qaçaq Süleyman), Hüseynbala Mirələmovun 'Güllələnmiş heykəllər' (Mirmğhsün Nəvvab) əsərlərin tamaşalarında oynayıb. 'Doğan günəş' (General), 'Məhəbbətim,taleyim mənim' (Rahib) serial telefilimlərinə çəkilib.

'İşarə dənizdən gözlənilir' və 'Cavad Xan' filmlərində çəkilmişdir.

Əli Nur səhnəyə gəldiyi gündən bütün dövlət və ictimai tədbirlərin iştirakçısı olub.

Əli Qayıb oğlu Nurzadə (Əli Nur) 24 dekabr 2002-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adı ilə təltif olunub.

Mədəniyyət və İncəsənət Universitetinin dosentidir.