Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Aktyorlar



Məmmədov Ayşad Kamal oğlu
( Akademik Milli Dram Teatr )

Ayşad Məmmədov dekabr ayının 6-da Bakıda doğulub. O, 1978-82-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitunun dram-kino aktyorluğu fakultəsində ali təhsil almışdır.

1982-89-cu illərdə Şəki Dövlət Dram teatrında aktyor vəzifəsində çalışmışdır. Bir çox teatr festivallarında iştirak etmişdir.

1984-cü ildə "İlin ən yaxşı aktyoru" adına layiq görülmüş, komsomol təşkilatının qiymətli hədiyyəsi ilə mükafatlandırılmışdır.

1989-2009-cu illərdə Azərbaycan Dövlət Gənclər teatrında, 2009-2011-ci ilin fevral ayına qədər Gənc Tamaşaçılar teatrında aktyor vəzifəsində çalışmışdır. Bu illər ərzində teatr səhnəsində 170-dən çox rol oynamış, bir çox filmlərdə çəkilmişdir.

Teatrda işlədiyi müddətdə bir çox rollar oynamışdır. Onun yaratdığı Romeo, Malkolm, Pek, Laert (V.Şekspir "Romeo və Cülyetta", "Maqbet", "Yay gecəsində yuxu", "Hamlet"), Müsyö Jordan (M.F.Axundov "Müsyö Jordan və dərviş Məstəli şah"), Aydın (C.Cabbarlı "Aydın"), İsgəndər (C.Məmmədquluzadə "Ölülər"), Təlxək (M.F.Axudov "Ox və hədəf"), Kral (Q.Qorin "Aktyor və kral"), Padşah (Anar "Yaxşı padşahın nağılı") kimi obrazları aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.

Ayşad Məmmədov 2011-ci il fevralın 1-dən Akademik Milli Dram Teatrında çalışdığı müddətdə aşağıdakı rolları ifa edib: Saray şairi («Sərgüzəşti-vəziri-xani-Lənkəran » M.F.Azundzadə), Dost («Teleskop» Elçin), Paskuale («Kabuslar» E.de Filippo), Abdi («Qanlı Nigar» S.Şendil), Dieqo ata («Don Juan və həndəsə» M.Friş).

A.Məmmədov bundan başqa bir çox filimlərdə və televiziya tamaşalarında da çəkilmişdir. "Bəxt üzüyü", "Güllələnmə təxirə salınır", "Ailə", "Yalan", "Məhkumların cənnəti", "Sirat körpüsü", "6-cı palata", "Halallıq" kimi filimlərdə aktyor maraqlı, yaddaqalan rollar oynamışdır.

2000-ci ildə A.Məmmədov Əməkdar Artist fəxri adına layiq görülmüşdür.