Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Aktyorlar



Qasımov Tariyel İskəndər oğlu
( Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı )

Aktyor 4 fevral 1939-cu ildə Ağstafa rayonunun Köçəsgər kəndində doğulub.

24 iyun 1964-cü ildə Azərbaycan Dövlət Teatr institutunun «Dram və kino aktyorluğu» fakültəsini bitirib.

Əvvəllər Akademik Milli Dram teatrında aktyor işləyib. 1 oktyabr 1964-cü ildən (müəyyən fasilə ilə) Gənc Tamaşaçılar Teatrının aktyorudur. Bir neçə tamaşanın quruluşçu rejissorudur.

9 fevral 1979-cu ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 22 may 1991-ci ildə Xalq Artisti fəxri adları ilə təltif olunub. 1 aprel 2005-ci ildən Prezident təqaüdçüsüdür.

 

Əsas rolları:

1. Cəlal, Bəxtiyar – («Koisomol poeması», İskəndər Coşğun)

2. Söhrab - («Söhrab və Rustəm», İskəndər Coşğun)

3. Zaur – («Yadındamı», Altay Məmmədov)

4. Pərviz – («Sən nə üçün yaşayırsan?» İmran Qasımov, Həsən Seyidbəyli)

5. Kazım – («Məhəbbət novellası», Şamil Xurşud, Əşrəf Hacıyev)

6. Meşədi Əzizbəyov – («26 Bakı komissarları» İskəndər Coşqun)

7. Polkovnik – («Kiçik torpaqda üç gün» Şamil Xurşud)

8. Zərbəliyev Səbzəli – («Məhəbbət, şeytan və lambada» Marat Haqverdiyev)

9. Salahov – («Sevirdim, çox sevirdim» Hidayət)

10. Qədim – («Büllur sarayda» İlyas Əfəndiyev)

11. Həsənzadə - («Sən həmişə mənimləsən» İlyas Əfəndiyev)

Quruluş verdiyi tamaşalar:

1. Nəcəf Bəy Vəzirov – «Hacı Qəmbər» -İrəvan Azərbaycan Dövlət Dram teatrı

2. Rauf İçərişəhərli – «Ruhlar qapını döyür» - Gənc Tamaşaçılar teatrı

3. İlyas Əfəndiyev – «Sən həmişə mənimləsən» - Gənc Tamaşaçılar teatrı

4. Nəcəf Bəy Vəzirov – «Yağışdan çıxdıq, yağmura düşdük» Qazax Dövlət Dram teatrı

5. Ramiq Muxtar – «Şəhərli kürəkən» - Qazax Dövlət Dram teatrı

6. İsi Məlikzadə – «Gəl, qohum olaq» - Dərbənd Azərbaycan Dövlət Dram teatrı

7. İ.Məlikzadə «Gəl qohum olaq» Ağdam Dövlət Dram teatrı