Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Aktyorlar



Kərimduxt Rövşən
( Akademik Milli Dram Teatr )

Rövşən Ramazan oğlu Kərimduxt oktyabr ayının 24-də Sumqayıt şəhərində anadan olub. 1996-cı ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirib. Həmin illdən də Akademik Milli Dram Teatrının artist heyətinə qəbul olunmuşdur.

O, teatrın səhnəsində aşağıdakı rolları oynayıb. Hüseynqulu xan ("Hökmdar və qızı "İ.Əfəndiyev), Roma əsgəri ("Pompeyin Qafqaza yürüşü" N.Həsənzadə), Oğlan ("Şıltaq Şahzadənin nağılı" nağıl-tamaşa), Gennadi ("Şadlıq sorağında" V.Rozov), Hoqqabaz ("Mənim sevimli dəlim" Elçin), Cangüdən ("Sokratı anma gecəsi" Ç.Aytmatov), Şəhər əhli ("Ah, Paris... Paris!.." Elçin), Çarçı ("Özümüzü kəsən qılınc" B.Vahabzadə), Cangüdənlərin rəisi ("Mənim ərim dəlidir" Elçin), 3-cü kafir ("Burla Xatun" N.Xəzri), Rza bəy (" Lənkəran xanının vəziri" M.F.Axundzadə), Dmitri ("Ulduz, yaxud Ədirnə Fəthi" C.Cabbarlı), Skripkaçı ("Poçt şöbəsində xəyal" Elçin), Yaqitay ("Dar ağacı" B. Vahabzadə), Aram ("Hələ "Sevirəm" deməmişdilər" R. Novruz), Qildenstern ("Hamlet" V.Şekspir), Təlimçi ("Kəllə" N.Hikmət), Silvestr ("Skapenin kələkləri" J.Molyer), Əlvan ("Varlı qadın" Ə.Əmirli), Qorxmaz ("Afət" H.Cavid), Şahmar ("Xurşidbanu Natəvan" İ.Əfəndiyev), Oğlan ("Qatil" Elçin), Kərəm ("Dəlilər və ağıllılar" İ.Əfəndiyev), Polis nəfəri ("Mənim sevimli dəlim" Elçin), Cavanşir ("Ölüləri qəbristanlıqda basdırın" İ.Şıxlı), Demetri ("Misir gecələri" səhnə redaksiyasının müəllifi M.Fərzəlibəyov), Marko ("Körpüdən mənzərə" A.Miller), Qara Musa ("Şeyda" H.Cavid), Saday bəy ("Qarabağnamə" İ.Əfəndiyev), Don Baltasar Lopes ("Don Juan və həndəsə" M.Friş).

Aktyor "Gözəl, gözəl, gözəl dünya" (Qardaş), "Bakı-Moskva qatarı" (Alı), "Bomba" (Arif), "Kişiləri qoruyun" (Dəli), "Cavad xan" (Qasım bəy), "Ölüm növbəsi" (Mürşüd), "Vəkil hanı?" (Karruzo), "Qismət" (Alı), "100000 AZN " (Rövşən), "Tərsinə çevrilmiş dünya" (Killer), "Hökmdarın taleyi" (İran sərkərdəsi) filmlərinə və "Hörümçək toru" (Sərvər) teleserialına çəkilib.