Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Aktyorlar



Nəsibova Rada Ziyad qızı
( Akademik Milli Dram Teatr )

Rada Ziyad qızı Nəsibova oktyabr ayının 29-da Gəncə şəhərində anadan olub.

2000-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kulturologiya" fakültəsinin prodüser şöbəsini bitirib. O, 1999-cu ildə Gəncə Dövlət Dram Teatrında aktrisa kimi çalışıb və aşağıdakı rolları oynayıb: Sevər ("Oqtay Eloğlu" C.Cabbarlı), Pəri ( "Nəsrəddin" Y.Əzimzadə), Leyla ("Ağa Kərim xan Ərdəbili " N.B.Vəzirov).

2003 - 2007-ci illərdə İrəvan Dövlət Azərbaycan Dram Teatrında da aktrisa kimi çalışıb və aşağıdakı rolları oynayıb: Nataliya Stepanovna ("Təklif" A. P.Çexov), Nadya ("Tribunal" A.Makayonok), Günay ("Durnalar qayıdanda " Hidayət), Reyhan ("Məhəbbət əzabları" Ə.B. Haqverdiyev), Mərziyyə Davudova ("Kömürçü ailəsi" M.Qacar), Leyla ("Qısqanc ürəklər" M.Haqverdiyev) və s.

Nəsibova Rada 2007-ci ildən Akademik Milli Dram teatrının aktrisası olaraq fəaliyyət göstərir və teatrın səhnəsində aşağıdakı rolları oynayıb: Təhminə ("Xurşidbanu Natəvan", İ.Əfəndiyev ), Tələbə qız ("Mesenat", Ə. Əmirli ), Bahar qızı ("Gəl, Novruzum" S.Cavadlı,) Cangüdən ("Varlı qadın", Ə. Əmirli ), Qara Təlxək ("Kvazimodo" V.Hüqo), Qarğa ( "Şir və Dovşan" Nağıl tamaşa), Bala Dovşan ("Tülkü, Tülkü, Tünbəki!..", X. Həsənova), Tələbə qız ("Mesenat" Ə.Əmirli), Şölə xanım ("Sərgüzəşti-vəziri-xani-Lənkəran" M.F.Axundzadə), Bədidə ("Qanlı Nigar" S.Şendil), Məşuqə ("Kabuslar" E.de Filippo), Ruh ("Teleskop Elçin") və s.

Rada Nəsibova aşağıdakı tele-tamaşalara, bədii filmlərə və teleseriallara da çəkilib: S.Məmmədova "Mənim üçün varsan" (Aynur), Elçin "Sarı gəlin" (Firuzə), Y.Kərimov "Qu rəqsi" (Sülhiyyə), İ.Fəhmi , C.Təvəkkül "100000 AZN " (Qırmızı paltarlı qız), Ə.Seyidov "Gürzə "(Nigar), K.Qasımov "Qaydasız döyüş " (Müstəntiq Nigar), S.Rüstəmxanlı "Cavad xan" (Amazonka), E.Quliyev "İstanbul reysi " (Falçı), "Yaddaş" (Arzu), "Bir anın həqiqəti" (Jurnalist), "Ünvansız eşq" (Leyla), "Aramızda qalsın" (Lalə), "Qayınana" (Sədaqət) və s.