Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Aktyorlar



İmanova Ləman
( Akademik Milli Dram Teatr )

Ləman Fuad qızı İmanova iyul ayının 23-də Bakı şəhərində anadan olub. 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr kollektivinin rejissor fakültəsini bitirib.

2002-2004-ci illərdə Bakı Bələdiyyə Teatrında aktrisa kimi fəaliyyət göstərmişdi.

Bakı Bələdiyyə Teatrında fəaliyyəti: Elektra ( "Elektra" Sofokl ), İradə ( "Daşa dönmüş ürəklər" X.Əlimirzəyev ), Cadə ( "Xəyanətin müsibəti" İ.Kərimov ), Arzu ( "Oğul" A.Babayev ). Ləman İmanova 24 fevral 2005-ci ildən Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib.

Akademik Milli Dram Teatrında aşağıdaki rolları ifa edib: Mariya ("Ağlasığmaz qətl" A.Kamyu), Dinarə (baş rol, "Başdanayağa oyun"), Qəndab ("Ölüləri qəbristanlıqda basdırın" İ.Şıxlı), Liza ("Mesenat" Ə.Əmirli), Sənəm ("İkinci səs" B.Vahabzadə), Madmuazel ("Dirilən adam" M.Paşayev), Əsmər ("Fizuli və Əsmər" M.Seyidzadə), Esmiralda ("Kvazimodo" V.Hüqo), Mələk ("Alın yazısı" T.Minnullin), Qənirə ("İrəvanda xal qalmadı" H.Orucov).

2004-cü ildə Ş.Qurbanəliyevin rejissorluğu ilə çəkilən A.Babayevin "Mükafat" televiziya tamaşasında Oyya rolunu ifa edib. "Ünvansız eşq" (Sənubər), "Gürzə" (Səma), "Mənim üçün varsan" (Həkim), "Bacanaqlar" (Vəfa) teleseriallarına çəkilib Eyni zamanda dəvətli olaraq digər teatrlarda da fəaliyyət göstərir. Bir çox dövlət tədbirlərinin aparıcısı olub. Azərbaycanın müxtəlif televiziya kanallarında bir çox reklam çarxlarına, verilişlərə çəkilmiş və aparıcısı olmuşdur.