Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Aktyorlar



Nəcəfova Samirə Aydın qızı
( Azərbaycan Dövlət Kukla Teatrı )

Samirə Aydın qızı Nəcəfova 23 may 1984-ci ildə Bakı şəhərində anadan olub.

1997-ci ildə Rəşid Behbudov adına pianino üzrə musiqi məktəbini bitirib.

2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr kollektivinin rejissoru ixtisasına daxil olub.

2008-ci ildə "Parni iz Baku" KVN-səhnəsində aktrisa kimi fəaliyyət göstərib.

2009-cu ildə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında dram artisti vəzifəsində işləyir. Teatra gələn gənc aktyor truppasının içərisində özünəməxsus çalışqanlığı ilə seçilən aktrisalardandır.

Teatrda Nicat Kazımovun "Ələddin" tamaşasında (cin, dəvə),

Şarl Perronun "Qırmızı papaq" tamaşasında (çiçək, canavar, qarğa, pişik),

Abdulla Şaiqin "Tıq-tıq xanım" tamaşasında (nəvə),

"Nağıllar aləmi" tamaşasında (ukrayn, barmağlar, kəlağayı, rəqqasə),

"Sizin saat" tamaşasında (barmaqlar, rep diyən),

"Düyməcik" tamaşasında (kitabın səhifəsi, kəpənəklər),

"Cippolino"tamaşasında (sinyor pomidor, balqabaq, xiyar, əsgərlər) rolları ifa edib.