Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Aktyorlar



İbayev Səbuhi Tahir oğlu
( Azərbaycan Opera və Balet Teatrı )

Səbuhi İbayev 1976-cı ildə Ağdam rayonunda anadan olmuşdur.

A.Zeynallı adına Bakı Musiqi texnikumunu və Azərbaycan Milli Konservatoriyasını bitirmişdir.

Hələ uşaq musiqi məktəbində oxuyarkən Türkiyə, Tacikistan və Rusiyada keçirilən musiqi festivalında istirak etmişdir.

S.İbayev səhnə fəaliyyətinə Muğam teatrında başlamışdır.

2002-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında çalışır.

Ü.Hacıbəylinin "Leyli və Məcnun" operasında Məcnun və Z.Hacıbəyovun "Aşıq Qərib" oprasında Qərib rollarını ifa edir.

S.İbayev Opera və balet teatrındakı fəaliyyəti ilə yanaşı, həm də geniş konsert proqramları ilə çıxış edir, xalq mahnıları və muğamları məharətlə ifa edir.

İran, Türkiyə, Rusiya, Almaniyada və başqa ölkələrdə qastrol səfərlərində olmuşdur