Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Aktyorlar



Xatirə Süleymanova
( Sumqayıt Dövlət Musiqili Dram Teatrı)

Süleymanova Xatirə Bəylər qızı 1970-ci il sentyabrın 1-də Sumqayıt şəhərində anadan olub.

1977-1987-ci illərdə 20 saylı orta məktəbdə oxumuşdur. 1983-88-ci illərdə 2 saylı İncəsənət Musiqi Məktəbinin qarmon sinfində musiqi təhsili alıb.

1989-94-cü illərdə Əli bəy Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr kollektivinin rejissoru ixtisasında təhsil alıb və 1994-cü ildə oranı bitirib. 1994-cü ildə Sumqayıt şəhər 11 saylı orta məktəbdinə musiqi müəllimi vəzifəsində çalışmağa başlamışdır. 1995-ci ildə şəhər uşaq və yeniyetmələrin yaradıcılıq mərkəzinə metodiki şöbənin və incəsənət şöbəsinin müdiri vəzifəsinə təyin ediblər.

1994-96-cı illərdə Sumqayıt şəhər 11 saylı məktəbin "Uşaqlar birliyi təşkilatı"nın rəhbəri, 1996-2002-ci illərdə Uşaq və Yeniyetmələrin Bədii şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

2005-ci ilin yanvar ayından H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında aktrisa işləyir.

Aktirisa kimi fəaliyyət göstərən Xatirə xanıma uğur qazandıran rolları "Qarağaclar altında məhəbbət" tamaşasındakı Abbi rolu və "20 ildən sonra" tamaşasındakı İşıq obrazı olub. Teatrda işlədiyi dövrdə Abbi (Y.Onilin "Qarağaclar altında məhəbbət") Zaqs müdiri (Ə.Əmirli "Varlı qadın"), Əli Əmirlinin "20 ildən sonra" İşıq obrazı, Katya (B.Mirzəzadə "Qudalar"), Nunu (N.Dumbadze "Ağ bayraqlar"), Qaraçı qadın və Yasəmən (A.Şaiq "Qaraca qız"), Ana (A.Babayevin "Xilaskar"), Zülfiyyə (R.Tohidoğlu "Nakam arzular"), Gəlin (M.Atəş "Şərəfin sandığı"), Zivər xanım (C.Məmmədquluzadə "Anamın kitabı"), Böyük qız (Ə.Səmədli "Ölüm hökmü"), Elçinin "Qatil"ində kimya müəlliməsi kimi rollar oynayıb.

Bundan əlavə Xatirə Süleymanova "Qaynana" serialında "psixoloq", "Həyat varsa" serialının "Quş yuvası" bölümündə baş qəhramanın həyat yoldaşı, "Axsayan ayaq" bölümündə isə "qaynana" rollarını məharətlə oynayıb.