Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Aktyorlar



Əliyeva Gülüstan Həsən qızı
( Azərbaycan Opera və Balet Teatrı )

Gülüstan Əliyeva 1967-ci ildə Yevlax şəhərində anadan olmuşdur.

Bülbül adına orta ixtisas musiqi məktəbinin muğam sinfi – xalq artisti İslam Rzayevin sinfini bitirmiş, sonra isə muğamın sirlərini Azərbaycan Dövlət Konservatoriyasında məşhur muğam ustası, professor Arif Babayevdən öyrənmişdir.

Azərbaycan Dövlət Akademik Opera va Balet Teatrında 1997-ci ildən çalışır.

Gözəl səhnə görkəmi və əla vokal imkanlarına malik olan G.Əliyeva teatrın səhnəsində bir-birinin ardınca çox uğurlu bir neçə obraz - “Leyli və Məcnun” da əvvəlcə Məcnunun anası, sonra isə Leyli, “Aşıq Qərib”də Şahsənəm, “Gəlin qayası”nda Sənəm, “Şah İsmayıl”da Ərəbzəngi, “Arşın mal alan”da Xala, “O olmasın, bu olsun" tamaşasinda isə Sənəm rollarını ifa etmişdir.

G.Əliyeva konsert fəaliyyəti ilə də məşğul olur. Müxtəlif televiziya kanallarında xalq və bəstəkar mahnılarını, muğamları böyük ustalıqla ifa edir. Hökümət səviyyəsində keçirilən tədbirlərdə də müvəffəqiyətlə çixış edir.

Azərbaycan milli muğam sənətini dünyanın bir sıra ölkələrində - İran, Türkiyə, Moldova, Rusiya, Avstriya, İsveç və s. ləyaqətlə təmsil etmişdir.

2005-ci ildən Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür.