Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Aktyorlar



Şövqi Hüseynov
( Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı)

1972-ci il avqust ayının 9-da Cəlilabad rayonunda anadan olub. 1989-cu ildə İncəsənət Universitetinin dram teatr və kino aktyoru fakultəsinə daxil olmuşdur. Xalq artisti, professor Cənnət Səlimovadan dərs alır. 1991-ci ildən Cənnət xanımın rəhbərliyi ilə fəaliyyət göstərən Bakı Kamera Teatrında aktyor vəzifəsində fəaliyyətə başlamışdır 2000-ci ildən AzTv-nin kino və dublyaj redaksiyası ilə də əməkdaşlıq edir. İranda,Türkiyədə,Moskvada,Kiyevdə,Moldovada keçirilə beynəlxalq teatr festivallarının laureatı olmuşdur. Respublikannın əməkdar artistidir. 9 may 2012-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. Evlidir.

Teatrda oynadığı rollar

1. Qazı ("Danabaş kəndinin əhvalatları", Cəlil Məmmədquluzadə)

2. Skapen ("Skapenin kələyi", Jan Batist Molyer)

3. Poprışşin ("Dəlinin qeydləri", Nikolay Vasilyeviç Qoqol) (mono tamaşa)

4. Kin ("Edmund Kin", Qriqori Qorin)

5. Vəzir ("Vəziri-xani-Lənkəran", Mirzə Fətəli Axundzadə

6. Dərviş ("Müsyö Jordan və Dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə)

7. Narahat adam ("Ruh", Kamal Abdulla)

8. Raffael ("Don Raffael-trombonçu", Peppino de Filippo)

9. Ramiz ("Şirə bənzər", Rüstəm İbrahimbəyov)

10. Kişi ("Bir...iki...bizimki", Kamal Abdulla)

11. Qıvrımsaç ("Sən məni atmazsan ki...", Con Steynbek)

12. Kontrabasçı ("Kontrabas", Patrik Züskind) (mono tamaşa)

13. Salyeri ("Mosart və Salyeri", Aleksandr Sergeyeviç Puşkin)

14. Don Quan ("Daş qonaq", Aleksandr Sergeyeviç Puşkin)

15. Yaqo ("Otello", Uilyam Şekspir)

16. Motl ("Mavi yuxular", Şolom Aleyxem)

17. Şifone ("Mizantrop", Ejen Labiş)

18. Manıs ("İtlər", İlqar Fəhmi və Oqtay Kazımi)

19. Feyerbax ("Mən Feyerbaxam", Tankret Dorst) (mono tamaşa)

20. Tanrıverdi ("Hekayəti-xırsi-quldurbasan", Mirzə Fətəli Axundzadə)

21. Kral ("Eskorial", Mişel de Gelderode)

22. Vladimir ("Qodo həsrətində", Semuel Bekket)

23. Lopaxin ("Albalı bağı", Anton Pavloviç Çexov)

24. Şeyx Sənan ("Şeyx Sənan", Hüseyn Cavid)

25. Aydın ("Aydın", Cəfər Cabbarlı)