Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Aktyorlar



İsmayılova Gülnaz Əmir qızı
( Azərbaycan Opera və Balet Teatrı )

Gülnaz İsmayılova 1960-cı ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Musiqi Akademiyasının ifaçılıq (fortepiano) və vokal fakültələrini bitirmişdir. Musiqi ifaçılarının Zaqafqaziya müsabiqəsinin laureatı (1985) və vokalçıların Bülbül adına 1 Beynalxalq müsabiqəsinin diplomantı (1997) olmuşdur.

1994-cü ildən Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olur. Solo oxuma, opera hazırlığı və fortepiano kafedrasının müəllimidir. 2001-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solistidir. Teatrda çalışdığı müddətdə istedadlı vokalçı bir sıra milli və klassik opera tamaşalarında parlaq obrazlar

"Aida" - Kahin qadın

"Traviata" - Violetta

"Boqema" - Müzetta

"Karmen" - Fraskita

"Payatsı" - Nedda

"Sevil" - Sevil, Dilbər

"Arşın mal alan" - Gülçöhrə

və s.yaratmağa müvəffəq olmuşdur. Gülnaz İsmayılova F.Əmirovun "Min bir gecə" baletində vokal partiyasını da çox bacarıqla ifa edir. Dövlət Xor Kapellası və Ü.Hacıbəyli adına Simfonik orkestrin müşayiəti ilə konsert fəaliyyəti ilə də məşğul olur.

ABŞ, Meksika, Almaniya, Çexiya, Türkiyə, Fransa, Şimali Kipr, Misir, Rusiya, Ukrayna, Belorus, Moldova, Qırğızıstan və s. ölkələrdə qastrol səfərlərində olmuşdur. 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür.