Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Dövlət teatrları



Şuşa Dövlət Musiqili Dram Teatrı

Artıq 1848-ci illərdən başlayaraq mütərəqqi rus teatrlarından faydalanma sayəsində Şuşada ziyalılar arasında teatr tamaşaları göstərməyə meyl oyanır. Əlbəttə, bu işdə tarixi şəraitin, Zaqafqaziyada genişlənməkdə olan maarifçilik hərəkatının rolu az deyildi. Heç şübhəsiz ki, Şuşada XIX əsrin birinci yarısında müasir teatr tamaşalarının meydana gəlməsi bilavasitə Tbilisi mədəni mühitinin təsiri ilə bağlı idi. O zamanın qabaqcıl adamları-Rusiyanın ədəbiyyat, incəsənət xadimlərini yerli ehalinin maariflənməsinə kömək etməyə çağırırdılar. Hələ l848-ci ildə Şuşada iki böyük tamaşa: mərkəzi-teatr və sirk mövcud idi. XIX əsrin axırı və XX əsrin əvvəllərində teatrın ən çox fəaliyyət göstərdiyi mərkəzlərdən biri Şuşa idi.

Ölkənin başqa şəhərlərində də teatrlar getdikcə məişətə daha fəal müdaxilə edirdi. Bu cəhətdən Azərbaycan teatrına Yusif bəy Məlikhaqnəzorov, Ə.Haqverdiyev, Z.Hacıbəyov, S.S.Axundov, Ü.Hacıbəyov, F.Köçərli, B.Bədəlbəyov, S.VəIibəyov, Cabbar Qaryağdı oğlıı, Haşımbəy Vəzirov kimi dramaturq, bəstəkar, aktyor və teatr təşkilatçıları bəxş etmiş Şuşa teatrı diqqəti daha artıq cəlb cdir.

1870-ci illərdə isə bu sahəyə diqqət daha da qüvvətləndi. Göründüyü kimi, Şuşanın açıq fikirli ziyalıları zəhmətkeşlərin mədəni inkişafında mühüm amilə çevrilə biləcək klubun fəaliyyətini genişlendirmək, teatr tamaşaları yaratmaq üçün əzmlə çalışırdılar. Hələ 70-ci ildən əvvəl də Şuşada teatr fəaliyyət göstərmiş, M.F.Axundovla yanaşı, rus yazıçılarına da maraq göstərmişlər.

1882-ci ildən etibarən Şuşada teatr tamaşalan müntəzəm şəkil alır, nisbətən mütəşəkkil xarakter daşıyır. Müəllimlər hər yay tətili zamanı bir yerə yığışıb tamaşalar göstərirdilər. İlk illərdə yalnız M.F.Axundovun əsərlərindən ibarət olan bu tamaşalarda Yusif bəy Məlikhaqnəzərov, Haşim bəy Vəzirov, Bədəlbəy Bədəlbəyov, Firudin bəy Köçərli, Həsənəli Sarıcalinski, Mirzə Mııxtar Məmmədov, İsmayıl Şəfibəyov, Cabbar Qaryağdı oğlu iştirak edirdilər. Onlar əsasən M.F.Axundovun komediyalarını oynayırdılar.

1871-ci ildən isə Şuşadakı köhnə klub binası yenidən təmir edilib, istifadəyə verilmiş, burada yerli həvəskarlar tamaşalar göstərmişlər. 1888-ci ildə onlar qəza məmuru Dubrovskinin təşviqi ilə M.F.Axundovun əsərlərini bir daha tamaşaçılara göstərmişlər. Sonrakı illərdə həvəskarlar Xandəmirovun teatr binasında çıxış edirdilər. 1890-cı ildən başlayaraq, Şuşada teatra həvəs göstərən müəllim-ziyalıların sayı azalır. Onların içərisindən səhnə əsəri yazmağa həvəs göstərənlər meydana çıxır.

1890-cı ilin aprel ayının 22-də Şuşa realni məktəbində keçirilmiş musiqi səhərciyi güclü təsirə malik olmuşdur. Burada müəllim aktyorların köməyi ilə uşaqlar Azərbaycan, fransız, alman dillərində hekayə, təmsil, şeir söyləmiş, xorda oxumuş, musiqi nömrələri ifa etmişlər. Söylədikləri hekayə, təmsil və şeir parçalarını uşaqlar orada da rus dilinə tərcümə etmişlər.

1894-cü ilin yay aylannda xeyriyyə məqsədilə bir-birinin ardınca üç əsərin "Hacı Qara", "Müsyo Jordan və dərviş Məstəli şah", "Xırs quldurbasan" tamaşasını oynayan Şuşanın həvəskar artistləri-gənc müəllimlər 1895-ci ildə yerli müəllimlərdən olan Haşımbəy Vezirovun "Evlənmək su içmək deyil" adlı pyesinin tamaşasını göstərmiş, əldə etdikləri 500 manat gəliri sənət məktəbinə vermişlər "Dağılan tifaq" faciəsinin Şuşadakı ilk tamaşasının 1896 –cı ildə ilk iştirakçılaınndan biri bəstəkar Zülfüqar Hacıbəyov nəql edib ki, Ə.Haqverdiyevə Şuşada "Şəbehkərdan" adı qoymuşdular.

İlk Şərq konserti də ilk dəfə Şuşada Ə.Haqvcrdiyevin rəhbərliyi ilə 1896-cı ilin yayında təşkil olunmuşdur. Həmin konsertdə Şuşanın məşhur oxuyan və çalanlarından Əbdülbaqi Zülalov, Keçəçi oğlıı Məhəmməd, Cabbar Qaryağdı oğlu, Məşədi Dadaş, Zabul Qasım, məşhur tarzən Sadıqcan, Məşədi Zeynal, Balaoğlu, kamançaçı Bağdagüloğlu və başqaları iştirak etmişlər. Həmin konsertdən bir il sonra Şuşa camaatı böyük Azərbaycan şairi M.Füzulinin "Leyli və Məcnıın" pocması üzrə Ə.Haqverdiyevin "Məcnun Leylinin qəbri üstündə" tamaşasının səhnəciyinə baxmışlar. Ülvi məhəbbəti, təmiz sevgini tərənnüm edən bu tamaşa çox təsirli keçmişdir. Burada naturalist əlamətlər nəzərə çarpmışdı.

1906-cı ildən başlayaraq Şuşada daha ciddi tamaşalar oynanılır. Tamaşalar zamanı inqilabi vərəqələr yayılırdı.

Şuşa Dövlət Musiqili Dram teatrı Azərbaycan Respublikası Nazirlər Sovetinin 11 may 1990-cı il tarixli 200 saylı Qərarı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 25 may 1990-cı il tarixli 192 saylı əmri ilə fəaliyyətə başlamışdır. 1992-ci ildə Şuşa şəhəri işğal edildikdən sonra kollektiv Bakıya pənah gətirərək yaradıcılıq fəaliyyətini Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının binasında davam etdirir.

Yarandığı ilk gündən teatr öz repertuarını dünya dramaturgiyasının ən gözəl nümunələri ilə yanaşı, klassik və müasir Azərbaycan ədəbiyyatı ilə də zənginləşdirmiş və hazırladığı bir çox maraqlı tamaşalarla teatrsevərlərin rəğbətini qazanmışdır.

Şuşa Teatrı 1994-cü ildə «Mono tamaşalar», «Him-jim», 1998-ci ildə «Eksprimental tamaşalar», 1999-cu ildə «Milli klassika və teatr», 2000-ci ildə «Festivallar festivalı» respublika teatr festivallarının iştirakçısı olmuş, 2002-ci ildə isə Ü.Hacıbəyovun «Əyri oturaq, düz danışaq» tamaşasına görə «Qızıl dərviş» mükafatına layiq görülmüşdür.

Ünvan: Süleyman Sani Axundov, 6

Telefon: (+994 12) 561-86-16