Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D museum exposition Virtual tour Encyclopedic Dictionary of Theatre Siteography Epistolary heritage  

Teatr təhsili   Mühazirə mətnləri




Klassik hind dramaturgiyasının nümayəndələri. Bhasa.

Sanskrit dramının məşhur pyes yazarlarından biri də Bhasadır. Onu 13 pyesin müəllifi hesab edirlər. Əslində bu pyeslərin heç birində birbaşa Bhasa adına təsadüf olunmur.

Lakin teatr sənətinin tədqiqatçıları şərti şəkildə "trivandrum pyesləri" adlandırılmış dram əsərlərini Bhasaya mənsub bilirlər. Kalidasa "Malyavika və Aqnimitra" dramında Bhasanı öz sələfi kimi tanıtdırır. Belə ki, Bhasa dramın "Natyaşastra" risaləsində göstərilən bütün növlərində özünü sınamışdır.

Onların sırasında 1 pərdəli pyesdən tutmuş 7 pərdəli drama qədər istənilən növ əsərə rast gəlmək mümkündür. Bu pyeslərdən 6-sı, - "Madhyavyayoqa", yəni "Ortancıl qardaş haqqında vyayoqa", "Dutaqhatothaça", yəni "Səfir Qhatothaça", "Dutavakya", yəni "Səfirlik", "Karnabhara", yəni "Karnanın aqibəti", "Urubhanqa", yəni "Sınmış çanaq sümüyü", "Pançaratra", yəni "Beş gecə" hindlilərin epik sərvəti "Mahabharata" sujetlərinə, 2-si "Pratimanataka", yəni "Heykəl haqqında nataka" və "Abhişekanataka", yəni "Şahlıq haqqında nataka" isə məşhur "Ramayana" motivlərinə yazılmışdır.

Bir dram "Balaçarita" Krişna haqqında mövcud əfsanədən bəhs edir. "Yauqandharanın andı""Xəyala dalmış Vasavadatta" da folklor nümunələri zəminində yaranıb. Burada hökmdar Udayana barəsindəki rəvayət nəzmə çəkilirdi. Qalan 2 dram isə tamam orijinal sujetlərdir: "Avimaraka""Çarudatta". Bhasanın yaşadığı dövrün yuxarı həddi V yüz il götürülür. Bu da təqribi bir rəqəmdir. Bəzilərisə onu m.ö. I əsrin dramaturqu sayırlar.

Həyat faktları ilə bağlı elmdə heç bir dəqiq tarixi məlumat olmayan Bhasanın əsərlərini mütəxəssislər məzmuna görə epik və lirik pyeslərə ayırırlar.