Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D museum exposition Virtual tour Encyclopedic Dictionary of Theatre Siteography Epistolary heritage  

Teatr təhsili   Mühazirə mətnləri




Azərbaycanda maarifçilik dramaturgiyasının yaranma səbəbləri

XIX əsrin sonlarında Azərbaycanda və azərbaycanlıların sıx yaşadıqları Tiflis, İrəvan, Aşğabad və Dərbənddə əhalinin maariflənməsinə xidmət edən vasitələr artır, mənəvi mübarizə dairəsi genişlənirdi. Müxtəlif peşələrə yiyələnmiş ziyalılar ixtisasından asılı olmayaraq maarifçiliyin inkişafına həvəslə xidmət edirdi. Bu prosesdə teatrın mövqeyi xüsusilə diqqəti cəlb edirdi.

1890-cı illərdə Azərbaycanın bir çox şəhərlərində, eləcə də Tiflisdə, İrəvanda bayramlar ərəfəsində hazırlanan tamaşalar bu prosesin daha sürətlə inkişaf etdirilməsində o qədər də əhəmiyyətli görünməsə də, teatr sənətinin ideoloji mübarizədə mövqeyini diqqətə çatdırırdı. XX əsrin əvvəllərində (1906-cı ildən) Bakıda yaradılan mədəni-maarif cəmiyyətləri teatr işində də sistemli iş prinsiplərinin mövqeyini təmin etdi. 1901-ci ildə Bakıya gəlmiş Əbdürrəhim bəy Haqverdiyevin səyi ilə "Müsəlman dram artistləri dəstəsi" yaradıldı. Bu dəstəyə Cahangir Zeynalov, Murad Muradov, Salah bəy Sadıqbəyov, Əbülfət Vəli, Məhəmməd bəy Əlvəndi, Səməd Mənsur, Mehdi bəy Hacınski kimi ziyalılar daxil idilər. Getdikcə bu dəstənin tərkibi genişlənirdi. Nəcəf bəy Vəzirov da bu dəstə ilə əlaqə saxlayır, yeri gələndə tamaşalar da hazırlayırdı.

Maarifçilik teatrının repertuarını M.F. Axundzadənin , N. Vəzirovun, S.M.Qənizadənin, Ə. Haqverdiyevin, S.S. Axundovun və digər dramaturqların əsərləri təşkil edirdi. 1906-cı ildə "Nicat" mədəni-maarif cəmiyyətinin yaranması eyni adlı teatr dəstəsinin yaranmasını təmin etdi. Bu cəmiyyətin fəaliyyəti varlı zümrənin yardımı və müxtəlif şəkildə toplanan ianələrin hesabına əsaslanırdı. Onun fəaliyyət dairəsinə gecə kursları, qiraətxanalar açmaq, yoxsul təbəqənin təhsil almasına maddi yardım göstərmək kimi vəzifələr daxil idi. Bundan əlavə Bakıda "Nəşri-maarif" və "İttihad" kimi cəmiyyətlər də yaranmışdı ki, bunlar da əhalinin yoxsul təbəqələrinin maariflənməsinə yardım edirdi.

1910-cu ildə Bakıda "Səfa" mədəni-maarif cəmiyyəti yaradıldı. Bu cəmiyyət də teatr işinə xüsusi önəm verərək, öz tərkiblərində teatr dəstəsi yaratdılar. Eyni adlı teatr truppasının ilk vaxtlarında "Nicat" teatr dəstəsinin aktyorları onlara dəstək oldu. H. Ərəblinski bu teatr truppasının hazırladıqları tamaşalara quruluşlar verdi. M. Hacınski, H. Sarabski, M.Ş Kazımovski və digər aktyorlar həm "Nicat", həm də "Səfa" teatr truppalarının hazırladıqları tamaşalarada iştirak edirdilər. Abas Mirzə Şərifzadə isə "Səfa" teatr truppasının aparıcı rejissoru və aktyoru kimi şöhrətləndi.

1916-cı ildə (may ayında) Üzeyir bəy və Zülfüqar Hacıbəyov qardaşlarının yaratdığı "Müdriyyət" truppasının yaranması da teatr sənətinin inkişafında irəliyə atılmış yeni bir addım kimi qarşılandı. Bu teatr truppasında H. Ərəblinski, A.M. Şərifzadə və Ü. Hacıbəyov rejissor kimi fəaliyyət göstərirdilər. Ümumiyyətlə 1900-1918-ci illərdə Azərbaycanda teatr dəstələri vahid bir şəkildə birləşə bilməsələr də ümumilikdə milli teatr sənətimizin inkişafına, onun ideya-estetik qayəsinin formalaşmasına nail oldular.

Azərbaycan teatrının təmsilçiləri olan H. Ərəblinski, Əbülfət Vəli, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Sidqi Ruhulla, Mehdi bəy Hacınski, Məhəmməd bəy Əlvəndi kimi aktyorların iştirakı ilə göstərilən tamaşalar nəinki Bakıda, Azərbaycanın müxtəlif şəhərlərində, eləcədə Tiflisdə, Hacıtərxanda, Volqaboyu şəhərlərdə, Qafqazın bir sıra şəhərlərində xüsusi hərarətlə qarşılanırdı. "Nadir şah", "Ağa Məhəmməd şah Qacar", "Əli Mənsur", "Qaçaqlar", "Dəmirçi Gavə", "Vətən, yaxud Silistrə", "Yəhudilər", "Müfəttiş" və digər tamaşalar bu qəbilədən olan tamaşalar idi.

XVIII əsrdə Avropada geniş vüsət alan maarifçilik hərəkatı getdikcə əhatə dairəsini genişləndirərək, digər ərazilərə də yayıldı. XIX əsrin sonlarında Azərbaycanda və azərbaycanlıların sıx yaşadıqları Tiflis, İrəvan, Aşğabad, Dərbənddə artıq maariflənmə prosesi ziyalıların əsl məqsədinə çevrildi. A.Bakıxanovun, M.Ş. Vazehin, M.F. Axundzadənin , H. bəy Zərdabinin maarifçi görüşlərinin getdikcə genişlənməsi bu prosesin əhatə dairəsini genişləndirirdi. Məktblərin sayı artır, mətbuatın təbliğ etdiyi maarifçilik ideologiyası öz bəhrəsini verirdi. Bu işdə ixtisasından asılı olmayaraq ziyalılar xüsusilə böyük əmək sərf edirdilər. Bu prosesdə ziyalılar teatrın güclü bir təbliğat vasitəsi olacağını bildikləri üçün bu işin səmərəli inkişaf yolunda ciddi çalışırdılar.

1890-cı illərdə Bakıda, Tiflisdə, Şuşada, Şamaxıda, Gəncədə, Naxçıvanda müntəzəm teatr tamaşaları hazırlanmasa da, bayramlarda bir yerə cəm olan ziyalılar hazırladıqları tamaşanı bir dəfə göstərib, yenidən hərəsi öz işi ilə məşğul olmaqda davam edirdilər. Bununla belə, Tiflsidə S. Seyidov, Məhəmməd bəy Şaxtaxtlı, İrəvanda Məşədi İsmayıl, Yunis Nuri, Naxçıvanda Eynəli bəy Sultanov, Məmmədəli Sidqi, Qurbanəli Şərifzadə, Cəlil Məmmədquluzadə və digər ziyalılar teatr işinin inkişafında xüsusi xidmətlər göstərirdilər.

Bakıda Həbib bəy Mahmudbəyov, Sultanməcid Qənizadənin, Nəcəfqulu Vəlinin təşəbbüsü ilə təşkil edilmiş dəstəsinin fəaliyyəti də diqqəti cəlb edirdi. Bir qədər sonra bu dəstəyə qoşulan Nəriman Nərimanovun təşəbbüsü ilə tərcümə əsərlərinə də müraciət edilir. (Qoqolun "Müfəttiş" komediyası 15 oktyabr, 1897-ci il). "Müfəttiş" ilk dəfə Tağıyev teatrında göstərilir. N.Nərimanov – Bələdiyyə rəisi, Həbib bəy Köçərlinski – Osip, Bədəl bəy Bədəlbəyov – Dobçinski, Əbülfət Vəli – Bobçinski və başqaları ifa edirdilər.

1897-ci ildə teatr həvəskarları ilk dəfə Bakıda "Birinci müsəlman truppası" – adı ilə birləşdilər. Nəriman Nərimanov bu teatr truppasının daha səmərəli fəaliyyətini təmin etmək üçün bacarıqlı gəncləri truppanın işinə cəlb edir. O cümlədən H. Sarabskini də bu dəstəyə cəlb edir. Lakin, bina kirəsinin çətinliyi aktyorların fəaliyyəti üçün çətinliklər törədirdi. Məşqlər çox vaxt Cahangir Zeynalovun və İskəndər bəy Məlikovun evində aparılırdı.

1900-cu ildə N. Nərimanovun teatr truppasının işində dönüş yaratmaq, müntəzəm tamaşalar hazırlamaq cəhdi səmərə vermir. 1901-ci ildə Ə. Haqverdiyevin Şuşadan Bakıya gəlib "Bakı müsəlman truppası" yaratması və burada baş rejissor vəzifəsini öz üzərinə götürməsi işin doğru məcraya yönəlməsini təmin edir. Burada Axundzadənin , Vəzirovun, Haqverdiyevin əsərləri tamaşaya qoyulur. Molyerin "Xəsis", Qoqolun "Müfəttiş", Çexovun "Ayı" və s. əsərləri tamaşaya qoyulur.