Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D museum exposition Virtual tour Encyclopedic Dictionary of Theatre Siteography Epistolary heritage  

Teatr təhsili   Mühazirə mətnləri




Azərbaycanda Avropatipli teatrın yaranma səbəbləri.

Avropada teatrlarda yaranan yeni estetik prinsiplər XIX əvvəllərində öz əhatə dairəsini bir qədər də genişləndirmişdi. Avropada teatr yeni bir mərhələ yaşayırdı. Maarifçilik hərakatınin yaratdıgı bu yeni mərhələ özünəməxsus dəyərləri ilə digərlərindən fərqli idi. Sinfi mübarizələr fonunda getdikcə güclənən maarifçilik hərəkatı ingilis dramaturgiyasında yeni ideyalı səhnə əsərlərinin yaranmasına səbəb olurdu.

Fransa teatrında maarifçilik ideyalarının təsiri çox güclü idi. Bu proses teatr tarixində burjua-inqilabi hərəkat kimi qüvvətlənərək, teatr sənətinin inkişafına da öz təsirini göstərir, ona yeni istiqamət verirdi. Bu prosesdə F.Volterin dramaturgiyası xüsusilə seçilirdi. Maarifçilik prinsiplərinə xidmət edən Deni Didro, P.O.Bomarşe, Renyan, Marib kimi dramaturqların əsərlərinə artan tamaşaçı maragı Avropa teatr mədəniyyətində yeni bir era açırdı.

İtalyada Karlo Qoldoninin dramaturgiyası yeni aktyor sənətinin yaranması və inkişafı üçün zəmin yaratmaqdan əlavə, həmçinin İtalyan dramaturgiyasında yeni və ciddi janrların yaranmasına imkanlar yaratdı.

Maarifçilik hərəkatının Alman teatrı üçün də böyük əhəmiyyəti olmuşdu. Lessinqin dramaturgiyası Alman teatrının ideya-estetik cəhətdən yeniləşməsini, maarifçilik ideyaları ilə təmin olunmasını şərtləndirirdi. Həmin illərdə Alman teatrının inkişafında Höte və Şiller kimi dramaturqların xüsusi yeri olmuşdur. Onlar XVIII əsr Alman dramaturgiyasında meşşan xarakterli məişət dramlarının əvəzində vətənpərvərlik, milli ruh və dünyavi problemləri əks etdirən əsərləri ilə dünya ədəbiyyatına nümunə olacaq bir yol seçdilər. Fridrix Şillerin "Orlean qızı", "Valeşteyn", "Don Karlos", "Qaçaqlar", "Mariya Stüart" və digər faciələrinin Alman teatrının yeni istiqamətdə inkişaf etməsində xüsusi rolu oldu.

XIX əsrdə Rusiyada da teatr xalqın mənafeyini müdafiə edirdi. Tolstoyun, Qoqolun, Çernişevski, Ostrovski kimi maarifçilərin əsərlərində xalqın taleyi ön planda dayanırdı.Təbii ki, bütün bu yeni keyfiyyətlərin teatr işinə güclü təsir etməsi onu xalqa daha çox yaxınlaşdırırdı. Yeni dramaturgiyada demək olar ki, sadə xalqın nümayəndələrinin həyat tərzi, arzu və istəkləri ön plana çəkilirdi.

Azərbaycan teatr mədəniyyətində XIX əsrin əvvəllərində hələ də Şərq teatr ənənələri öz mövqeyini qoruyub saxlamaqda idi. Məişət və mövsümi hadisələrlə baglı keçirilən meydan tamaşaları ümumi xalqın estetik zövqünün təmin edilməsinə hesablanırdı. Yazın gəlişi ilə baglı keçirilən Novruz şənlikləri silsilə xarakteri ilə xalqın əkinə-biçinə həvəsini gücləndirir. əməkçi xalqda bolluq və bərəkətlik gətirəcək yaza ümüdləri gücləndirirdi.

Azərbaycanda məişətlə bağlı keçirilən toy və digər şənliklərin də tamaşa xarakteri daşıması da bu xalqın çox qədim zamanlardan tamaşalara, yıgıncaqlara, kütləvi bayram şənliklərinə meylli olduğundan xəbər verir. Lakin dünyada baş verən yeniliklərin təbii ki, Azərbaycan xalqı üçün də müəyyən mənada bir önəmi var idi. XIX əsrdə Rus imperiyasının nəzarətində yaşayan Azərbaycanın sərbəstlik, azadlıq, demokratiya uğrunda ideoloji mübarizə aparan qabaqcıl fikirli ziyalıları davamlı olaraq təqib edilir, müxtəlif bəhanələr ilə Azərbaycan xalqının sözü eşidilən şəxsiyyətləri ölkədən didərgin salınırdı. Belə bir çətin şəraitdə Qasım bəy Zakir, Seyid Əzim Şirvani, Abbasqulu ağa Bakıxanov, Həsən bəy Zərdabi kimi maarifçilərin ideyaları təbii ki, öz təsirini göstərməli idi. Bu yenilik Mirzə Fətəli Axundovzadənin ictimai düşüncələrində daha fərqli diqqəti cəlb edirdi. O, sözün əsl mənasında Avropalıların yolunu getmək istəyərək Azərbaycanda yeni tipli teatr yaratmaq yolunu tutmaq istəmişdi. O, Azərbaycanda maarifçilik teatrinin əsasını qoymaq, onu xalqının ictimai şüurunun güzgüsünə çevirməyə çalışırdı. Bu məqsədlə Şərqdə ilk dəfə Avropatipli dramaturgiya yaradıldı. Mirzə Fətəli Axundovzadə bir-birinin ardınca altı komediyasını yazaraq milli dünyavi teatrımızın özülünü qoydu.

"Hekayəti-Molla İbrahimxəlil kimyagər", "Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduguni-məşhur", "Sərgüzəşti-vəziri-xani-Lənkəran"(1850), "Hekayəti –xırs quldurbasan" (18510), "Sərgüzəşti-mərdi-xəsis" ("Hacı Qara"-1852), "Mürafiə vəkillərinin hekayəti" (1855) əsərləri ilə M.F.Axundovzadə nəinki Azərbaycanda, həmçinin bütün Şərq dünyasında Avropatipli teatrın yaranmasına şərait yaratdı.Lakin bu əsərləri tamaşaya hazırlamaq üçün Azərbaycanda nə rejissor, nə də hər hansı bir teatr truppası var idi. Əsərlər tamaşaya hazırlanmaq üçün sahibini gözləyirdi. Dramaturqun bu vəziyyətlə baglı narahatlıgını ıfadə edən bir yazını burada diqqətə çatdırmaq yerinə düşər: "Mən Tiflisdə qulluqda olarkən mərhum Mirzə Fətəli Axundzadə öz komediya kitabının bir cildini mənə vermişdi. Gimnaziyada əlliyə qədər müsəlman şagirdləri var idi ki, onların otuzu pansionda oxuyurdular. Bu tələbələrin on-on beşi axırıncı kurslarda idilər. Bir neçə gün onları yığıb Mirzə Fətəlinin komediyalarını onlara oxuyub təvəqqe elədim ki, onlardan birini seçib oynasınlar. "Hacı Qaran"ı seçdilər. Sonra rolları paylayıb bayram günləri yıgıb öyrədəndən sonra elannamələr yazıb payladılar ki, fılan günü, fılan yerdə müsəlmanlar teatr çıxaracaqlar".- deyə yazan Həsən bəy Zərdabi "Hacı Qara" tamaşası üçün lazımi səhnə ləvazimatları tapdıqlarını da qeyd edir. İstifadə etdiyimiz mənbədə Hacı Qara rolunun ifaçısı gimnazist Əsgər bəy Goraninin də yaxşı ifasından söhbət açılır.

Qeyd etmək lazımdır ki, yazılı mənbələrdə ilk peşəkar teatr tariximizin tarixi M.F.Axunndovzadənin "Lənkəran xanının vəziri" tamaşasının adı ilə baglıdır. Deməli, belə bir nəticəyə gəlmək olur ki, bu ərəfədə (1873-cü il mart ayı) iki tamaşa hazırlanmışdır. Bunlardan biri "Lənkəran xanının vəziri", digəri isə "Hacı Qara" pyesləri idi ki, hər ikisi paralel olaraq hazırlanmışdı.

Onu da qeyd edək ki, M.F.Axundovzadənin "Hekayəti xırs quldurbasan" pyesi dramaturqun öz iştirakı ilə Tiflis şəhərindəki Rus teatrında hazırlanmışdır. M.F.Axundovzadə öz sağlığında əsərlərinin milli səhnəmizdə müntəzəm şəkildə oynanılmasını arzulayırdı. Çünki o, bu əsərlərin xalq üçün mükəmməl bir məktəb rolu oynayacağına əmin idi.