Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D museum exposition Virtual tour Encyclopedic Dictionary of Theatre Siteography Epistolary heritage  

Teatr təhsili   Mühazirə mətnləri




Tragiklik və komiklik estetik kateqoriya kimi (2 saat)

Tragiklik və komikliyə yalnız cəmiyyətdə, həyatda rast gəlmək olar. Təbiətdə isə onlara rast gəlmək mümkün deyildir. Eyni zamanda xeyir və şər kimi hisslər də təbiətə yaddır. Eləcə də faciəvi göz yaşları və komedik gülüş də təbiətə yaddır. Həyatdakı hadisələr onlardakı ictimai məzmundan asılı olaraq tragiklik və komiklik xüsusiyyətlərlə əhatə olunurlar.

Tragiklik və komikliyin bu həddindən artıq mühüm xüsusiyyəti belə bir nəticəyə gətirib çıxarır ki, sanki tragiklik və komiklik estetik yox, etik kateqoriyalardır. Buna heç şübhə ola bilməz ki, trasgiklik və komiklikdə elə bir məzmun vardır ki, o özünün mənəvi dəyərinin verilməsini tələb edir. Sənətin tragik və komik hadisələrində estetik və etik vəhdət xüsusi qüvvə ilə açılır. Lakin tragik və komik hadisələr, xarakterlər və konfliktlər özlərinin daha tam dərkini və daha parlaq təcəssümününü sənətdə tapırlar. Tragik və komikliyin mahiyyəti mənəvi anlayışlarla deyil, bədii əsərlərdə dərinliklə açılır

Tragiklik və komikliyi faciə və komediya janrları ilə eyniləşdirmək olmaz. Tragiklik və komikliyin mənaları genişdir, onlar özlüyündə yuxarıda qeyd etdiyimiz kimi, həyatda baş verən tragik və komik hadisələrin estetik dəyərinin kateqoriyalarını və bu hadisələrin bədii təcəssümü prinsiplərini təşkil edir. Tragiklik və komiklik daha tam şəkildə tragik və komik janrlarda ifadə olunurlar. Lakin qeyd etmək lazımdır ki, tragik kolliziyalara və komik situasiyalara, tragik və komik xarakterlərə sənətin demək olar ki, bütün növ və janrlarında rast gəlmək olar.

Tragiklik və komiklik ilk baxışda bir-birlərini rədd edən, kəskin kontrastlı kateqoriyalardır. Estetika sahəsində biliyi olmayan adam belə tragiklik haqqında təsəvvür ilə böyük dərdi və insanın həyəcanını, komiklik isə şənliyi və gülüşü əlaqələndirir, bağlayır. İncəsənətdə tragiklik ən ciddi fəlsəfi zirvələrlə, komiklik isə məişətlə, -"yüngül janrlarla" bağlıdır. Adama elə görünür ki, bunlar tamamilə bir-birlərinə zidd, bir-birlərinə uyuşmayan xüsusiyyətlərdir. Lakin həyatda tragiklik və komiklik, dərd və sevinc, gülüş və iztirab çox zaman bir-birləri ilə əlaqəlidir və yanaşı şəkildə mövcuddurlar. Bəzən tragiklik və komiklik elə sıx şəkildə qovuşurlar ki, dərdin harada qurtarıb, gülüşün harada başlandığını, bu və ya digər hadisə və gülüşün və yaxud kədərin üstünlük təşkil etdiyini müəyyənləşdirmək çətinlik törədir. Buna görə də əsaslı şəkildə hesab etmək olar ki, tragiklik və komilik estetik kateqoriya kimi bir sırada dayanırlar.

Həyat mürəkkəbdir və tragiklik müəyyən şəraitdə yüngülülklə, asanlıqla komikliyə, komiklik isə tragikliyə çevrilə bilər. Real həyatda tragiklik və komiklik təmiz şəkildə çox nadir halda mövcuddur.. Çox zaman onlar sanki bir-birlərini tamamlayırlar.

Həyatda tragiklik və komikliyin bir-birlərinə keçməsi sənətdə də tragik əsərlərdə komik elementlərin və komediyalarda tragik elementlərin mövcudluğunu şərtləndirir. Gülüş arasında göz yaşları kimi, "göz" yaşları arasında gülüş də incəsənətin bir çox növ və janrlarında xarakterik olsalar da, onlar daha çox dramaturgiya və teatr, epik ədəbiyyatda və kinemotoqrafiyanın bəzi janrlarında xüsusi kəskinliklə özlərini büruzə verirlər.

Şekspirin faciələrində bir qayda olaraq təlxəklər iştirak edirlər; tragik materialın işlənməsində isə komikliyin bədii vasitələrindən istifadə edilmişdir. Təsadüfi deyildir ki, A.Ostrovski "Cehizsiz qız" faciəsinə komedik personaj olan Robinzonu da daxil etmişdir.

Yaranmış teatr ənənələrinə müqabil olaraq G.Tostonoqov Leninqraddakı Böyük Dram Teatrında M.Qorkinin "Barbaralar" əsərini tragikomediya kimi tamaşaya qoymuşdur. Bu tamaşada tragiklik və komiklik, qorxunc və gülməli qəribə şəkildə uyğunlaşdırılmışdır. M.Qorki pyesinin gözlənilmədən belə dərk edilməsi müasir və səhih oldu. Əlbəttə, incəsənətdə vahid düzgün həll yoxdur və Qorkinin bu əsərini də başqa şəkildə qoymaq olardı. Lakin realist obrazların qüvvəsi ondadır ki, mümkün olan hallardan birisi çox zaman bizə məsələnin yeganə həlli kimi görünür.

Əsas etibarilə qəhrəman, cəsur xarakterli obrazların yaradıcısı kimi məşhur olan M.İ.Tsaryov "Ryui Blaz" adlı romantik tragediyada romantik qəhrəmanı oynayarkən rolun traktovkasına komik aspektləri də əlavə etmişdir.

Əlbəttə, bütün bunlar tragik və komedik kateqoriyaları çox da aydın şəkildə müəyyən etmir. Bu hadisələr daha çox kateqoriya müəyyənliyinə çəkən xüsusiyyətlərdir. Müxtəlif elementləri özündə birləşdirən və onlara müxtəlif qatışıq verən müasir drama belədir. Əgər komediya və tragediyada bizə lazım olan tamamlanmış ifadəni tapa bilsək, görərik ki, eyni bir aktyor böyük müvəffəqiyyətlə həm tragik və həm də komik aktyor kimi yetişə bilər və eyni bir əsərdə həyatın həm tragik və həm də komik cəhətlərini göstərə bilərlər. Bu xüsusiyyət teatrda olduğu kimi, incəsənətin digər növlərinə də aiddir.

O ki qaldı teatra, burada dramaturq və rejissorlar tragiklik ilə komikliyin bir-birlərini əvəz etməsi zamanı tamaşaçıların dərketmə xüsusiyyətlərini də nəzərə alırlar. Tamaşaçı bir neçə saat ərzində faciəyə eyni gərginliklə baxıb həyəcan keçirə bilməz. Zəruri olan ehtirasa nail olmaq üçün ona sanki bir nəfəsini gərmək lazımdır ki, faciənin əsl kulminasiya momentinin qavramasına hazır olsun.

İncəsənətdə tragiklik ilə komikliyin ümumiliyi onunla müəyyənləşir ki, onlarda vahid bir prosesin müxtəlif tərəfləri müxtəlif şəkildə ifadə olunurlar və bütün əks qütb olmaları ilə yanaşı onlarda bəzi ümumi cəhətlər, köklər də mövcuddur. Dobrolyubov yazırdı ki, "tragediya ilə komediya arasındakı ümumilik ondan ibarətdir ki, onların hər ikisinin məzmunları qeyri-normal vəziyyətdən götürülmüşdür və onların məqsədləri bu qeyri-normal vəziyyətdən çıxış yolu tapmaqdır. Lakin tragediya onunla fərqlənir ki, xarici şəraitdən asılı olan, insanın öz iradəsindən asılı olmayan, qədimlərdə tale adlandırılan vəziyyəti əks etdirir. Komediya isə bunun əksinə olaraq insanın özünün ağılsızlığı nəticəsində düşdüyü çətin vəziyyətdən çıxış yolu tapmaq üçün keçirdiyi zəhmətə gülür. Bu o deməkdir ki, tragiklik və komiklik insanın hüdudsuz cəhdləri arasındakı ziddiyyətlərdən və insanın imkanlarının tarixi məhdudluğundan doğur.Nəticədə bu xüsusi ziddiyyətdə təkcə tragik kolliziya deyil, həm də komik situasiya vardır.

Beləliklə, həyatda tragik və komik hadisələrə təmiz şəkildə nadir hallarda rast gəlmək olar. İncəsənətdə onlar tamam və yanaşı təmiz şəkildə çıxış edirlər. Beləki, nə Evripidin faciələrində, nə böyük rus rəssamı İ.Repinin "İvan Qroznının oğlunu öldürməsi" əsərində və eləcə də bir çox digər incəsənət əsərlərində heç bir komediya elementlərinə rast gəlmirik. Lakin gerçəklik nə qədər müxtəlifdirsə, nə qədər ictimai münasibətlər kəskin və mürəkkəb şəkildə inkişaf edirsə, nə qədər şəxsiyyət böyük qüvvə ilə cəmiyyətdə öz mövqeyini dərk etməyə can atırsa, tragediya və komediyada gerçəklik bir o qədər kasıb şəkildə əks olunur. Həyatın dərin tragik hadisələrinin açılmasında çox zaman komik vasitə və rənglərdən də istifadə olunur. Komik vəziyyətin yaradılması göstərir ki, onda əsl dramatizm möhürünün olması nadir hadisə deyildir.

Hər bir estetik kateqoriyada olduğu kimi, tragiklik və komiklik kateqoriyasında da obyektiv və subyektiv tətəfləri bir-birindən ayırmaq lazımdır. Tragiklik və komiklik obyektiv şəkildə gerçəkliyin özündə mövcuddur. Bu hadisələrin əsasında sosial konfliktlərin müəyyən xarakteri durur. Lakin eyni bir hadisə bəzi adamlar tərəfindən faciə kimi dərk edildiyi halda, digərlərində gülüş doğura bilər. Bu ondan irəli gəlir ki, həyatdakı hadisələr insanlar tərəfindən onların sosial mövqeyindən, dünyagörüşlərindən yaranmış müəyyən ideala müvafiq olaraq dərk edilir.

Həyatda obyektiv şəkildə mövcud olan tragiklik və komiklyin spesifik xüsusiyyətləri insanların şüurlarında öz əkslərini tapır, tragik və komik hisslər doğurur, müvafiq estetik kateqoriyalarda dərk edilir və daha tam şəkildə incəsənətdə təcəssüm olunurlar. Insanın şüurunda tragikliyin və komikliyin əksi həmişə konkret tarixi zəmin üzərində yaranmış, müəyyən estetik idealla bağlıdır.

Dünyanın estetik mənimsənilməsi özündə tragik və komik təbiətlərin incəsənət vasitəsilə açılmasını, tragik kolliziyaların və komik situasiyaların, tragik və komik xarakterlərin açılmasını daxil edir.

Beləliklə, tragiklik ilə komiklik arasında əlaqə vardır. Lakin tragediya və komikliyin ümumiliyi onların hər birində bəzi oxşar cəhət və imkanların mövcudluğu ilə ifadə olunur. Bu hüduddan kənarda mahiyyətcə müxtəliflik başlanır. Tragiklik və komiklik kateqoriyaları həyatdakı və sənətdəki müxtəlif hadisələrin təbiətini açır. Dünyanın bir-birinə bənzəməyən estetik zənginliklərini əks etdirir. Tragiklik və komiklik müxtəlif estetik kateqoriyalardır və onların hər birini ayrıca öyrənmək lazımdır.