Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D museum exposition Virtual tour Encyclopedic Dictionary of Theatre Siteography Epistolary heritage  

Teatr təhsili   Mühazirə mətnləri




Tragediya

Hər bir dramatik əsərin əsasında konflikt durur.

Bəs hansı konflikti biz tragik, faciəli adlandırırıq? Belə hesab edilir ki, tragik konflikt qəhrəmanın iztirabı və məhvi ilə bağlıdır. Həqiqətdə də tragediya, bir qayda olaraq, qəhrəmanın məhvi ilə bitir. Lakin bu zahiri, necə deyərlər, formal əlamətdir. Qəhrəmanın məhvi özlüyündə pyesi faciə səviyyəsinə qaldırmır. Tragik konfliktin mühüm cəhəti onun masştablığındadır Tragik konfliktdə ictimai-tarixi qüvvələr toqquşur ki, onların mübarizəsinin təsirindən insanlığın gələcək taleyi asılı ola bilər. Bu cəhət tragediyanın daha da fəlsəfi mahiyyətli janr səviyyəsinə qaldırır və sənətkara tragediyada bütün tarix boyu insanlığı maraqlandıran, həyəcanlandıran köklü məişət məsələlərini həll etməyə imkan verir.

Tragediyanın melodramadan fərqi məhz onun konfliktinin masştablığında, ictimai əhəmiyyətində və fəlsəfi dərinliyindədir. Bəzən də melodrama V.Şekspirin bütün faciələrini birgə götürdükdə belə, ondan daha çox ölüm və qan hadisəsi ola bilər. Lakin bununla belə həmin əsər tragediya səviyyəsinə yüksələ bilmir.

Tragik janrın aparıcı ideyası – qəhrəmanın obyektiv, tarixi gedişindən asılı olan tarixi qanunauyğunluğun ideyasıdır. Tragediyanın konflikti mövcud tarixi şəraitdə həll edilməzdir. Tragik kolliziyanın mahiyyəti tarixi zərurət ilə mövcud şəraitlərdə, onun praktik cəhətdən həyata keçirilməsi mümkün olmaması arasındakı ziddiyyətdədir.

Tragik qəhrəman daha çox müsbət qəhrəmandır. Bu, qüvvətli, parlaq ülviləşmiş şəxsiyyətdir. Lakin tragediya başqa qəhrmanlarını da tanıyır. Heç olmazsa, Şekspirin Maqbet və III Riçardını, B.Brextin Kuraj anasını yadımıza salaq. Onların taleləri həddindən artıq ziddiyyətli hisslər oyadır. Etiraz, nifrət və dəhşət hisslərini doğuran müdhiş hərəkətlər bu qəhrəmanları iztirab və hətta fəal rəğbət hissindən məhrum eləmir. Çünki, həmin qəhrəmanlara mühitlə, tərbiyə ilə və şəraitlə pozulmuş parlaq insani keyfiyyətlər də xasdır.

Tragik qəhrəmanın müsbət olması heç də vacib deyildir. Lakin bir şəxsiyyət kimi onlar görkəmli, masştablı, xırdalığa və bayalığa yaddırlar. Tragik qəhraman sanki əsrinin, dövrünün mühüm cəhət və ziddiyyətlərini özündə təcəssüm etdirir ki, bu da onların yaşadıqları, keçirdikləri tragik konfliktin kəskinliyini , onun məhvinin zəruriliyini qabaqcadan müəyyənləşdirir.

Əlbəttə, belə şərtilik tragik qəhrəmanın taleyindəki təsadüflüklərin rolunu məhrum eləmir. Esxil və Sofoklun, Şekspir və Şillerin və başqalarının faciələrindəki təsadüfi şəraitlər qəhrəmanların talelərinə əhəmiyyətli təsir göstərir. Həmin təsadüflüklər ictimai qanunauyğunluqları təkzib etmək vəziyyətində olmasalar da, məhz onlar faciəni fatalizm ruhunda qurtarırlar.

İdealist estetika qəhrəmanın məhvini "tragik günah"la əlaqələndirir. "Tragik günah" isə ondan ibarətdir ki, qəhrəman qabaqcadan tanrı tərəfindən müəyyənləşdirilmiş qüvvələr ilə mübarizəyə girişir. Beləliklə, tragik qəhrəman özünün məhvində müqəssirdir. Dramatik janrın tədqiqatçısı İ.S.Pal "tragik günah" prinsipinə qarşı çıxaraq göstərir ki, bu mürtəce nəzəriyyə həyata passiv münasibəti təsdiq edir.

Faciəyə həddindən artıq geniş ümumiləşdirməyə meyl, fəlsəfi və intelektual dolğunluq, xırda fərdiləşmədən və məişət detallarından imtina sərt sadəlik və monumentallıq, patetika xasdırlar.

Deyəndəki faciəyə xırda fərdiləşmə prinsipi yaddır, qeyd etmək lazımdır ki, xarakterlərin fərdiləşməsi özü-özlüyündə ona yad deyil. Şekspirin qəhrəmanlarının canlı və çozcəhətli xarakterləri onu Şillerin qəhrəmanlarından fərqləndirir.

V.Şekspirdə fərdi və konkret ümumi fəlsəfəni ifadə edir. Hamletin məşhur "olüm və ya ölüm" monoloqu bir çox fəlsəfi və sosioloji traktatlarla mübahisəyə girişə bilər. Bununla belə, o pyesin süjetindən , qəhrəmanın konkret hərəkətlərindən ayrılmazdır.

Faciənin stilistikası dramın və romanın təsirini hiss etdirməyə bilməzdi. Bunlarda insan müxtəlif həyat kolliziyalarında dərindən açılır. Görkəmli alman dramaturqu Bertold Brextin "Kuraj ana" faciəsində yeksək tragik emosiyalara çatır, torpaqdan ayrılmayaraq, müharibənin gündəlik ağır məişətini təsvir edərək, müasirliyin köklü problemlərinin qoyuluşuna kimi qalxır. Faciənin qəhrəmanı Anna Firlinqin səhnədə görünməsi hadisəsini yadımıza salaq. O, satışla məşğul olur, dilxoşluq edir, oğlanlarını itirir və nəhayət müflüsləşərək aciz dilənçiyə çevrilir.Və bəlkə də, həmin bu məişət fonunda xüsusi tragik qüvvə ilə barabanın səsi gəlir ki, bununla da Annanın əsgərlər tərəfindən eybəcərləşdirilmiş kar-lal qızı xalqı gələcək təhlükədən xəbərdar edir.

Faciə tamaşaçıya etdiyi udeya-emosional təsirliyin xüsisi xarakteri ilə fərqlənir. Tragik janrın bu cəhəti ilk dəfə Aristotel tərəfindən onun katarsis haqqında təlimində işlənmişdir. Yunan dionist teatrın tamaşaçılara təsirini müşahidə edən Afristotel,bizim dövrdə də bir çox öz əhəmiyyətini saxlayan bir sıra nəticələrə gətirib çıxa bilmişdir.

Aristotel faciənin effektli təsirliyini tamaşaçı ilə tragik qəhrəmanın mənəvi məcmuu ilə izah edir. Faciənin Aristotel nəzəriyyəsi XYIII əsrin görkəmli alman maarifçisi Lessinq tərəfindən inkişaf etdirilmişdir. Lessinq faciəni demokratikləşdirərək, onun qəhrəmanlarını kral saraylarından ayırıb adi adamların evlərinə gətirmişdir.

Yüksək tragediya qəhrəmanın məhvi ilə bitsə də, tamaşaçıda həyat və mübarizə həvəsini, ehtirasını qaldırır. Tamaşaçıda hətta məhvə məhkum olacağını bildiyi halda belə, yenə də böyük ideyalar uğrunda mübarizədən əl çəkməyəcəyini bilən qəhrəmana münasibətdə iftixar hissi oyadır. İnsanın qüvvəsinin və böyüklüyünün təsdiqi ideyası daha parlaq şəkildə məhz faciə janrında verilmişdir.

Tragediya bir janr kimi həddindən artıq qeyri-bərabər şəkildə inkişaf etmişdir. Tarixə tragediya janrının enmə və yüksəliş dövrləri tanışdır.Tragediya köhnə ictimai əlaqələr və münasibətlər dağıldığı bir dövrdə, keçmiş siyasi konsepsiyalara, etik və erstetik normalara, görüşlərə və prinsiplərə yenidən baxıldığı dövrdə inkişaf tapır.

Köhnə patriarxal münasibətlərin dağılması və tarixdə ilk dəfə olaraq sinfi cəmiyyətin təsdiq edilməsi əsasında antik tragediya çiçəklənmiş və inkuşaf etmişdir. Həmin antik tragediya Esxilin, Sofoklun və Evripidin yaradıcılığında özünün yüksək zirvəsinə çatmışdır. Antik tragediya tale, fələk motivi müəmmalı, əsrarəngiz , dərkedilməz, ağlasığmaz və qeyri-müəyyən qüvvələr qarşısında duran güclü, qüvvətli adamın taleyinin qabaqcadan müəyyən edilməsi xasdır. Burada əsas məsələ insanın tale ilə toqquşması və onunla mümkün olan mübarizənin poetik təsdiqidir.

"Zəncirlənmiş Pfrometey"in qəhrəmanı passiv olaraq taleyinin ardınca getmir, onunla qeyri-bərabər mübarizəyə girişir. Qəhrəman iztiraba məhkumdur, lakin onu mərdliklə, səbatlıqla həyata keçirir. Çünki insanın tale qüvvələri üzərindəki gələcək qələbəsini görür. Bəli, o, tanrıların iradəsi xilafına gedərək, insanlara od gətirmiş və beləliklə də ümumdünya tarixi qələbə qazanmışdır.

Tragediyanın yeni çiçəklənmə dövrü intibah dövrü olmuşdur. Bu dövrdə feodal münasibətləri dağılmışdır. Orta əsr ideologiyasını insanın ilahiləşdirilməsi, humanist fəlsəfəsi, onun hüdudsuz imkanlarını tərənnüm edən fəlsəfə əvəz etmişdir.

V.Şekspir özünün tragediyalarında qüvvətli, cəsur, məğrur azad insanın idealını təsdiq etmişdir. Həmin insan öz şəxsiyyətinin, azadlığının həyata keçirilməsi imkanına inanır ki, bu da onun tragik aldanışına gətirib çıxarır. V.Şekspir böyük qüvvə ilə göstərmişdir ki, qəhrəmanın özlüyündə qalmaq cəhdi, insanın mənəviyyatını şikəst və təhrif edən quruluş şəraitində özünün azadlığını təsdiq etmək onun məhvinə gətirib çıxarır və başqa insanlar üçün bədbəxtlik və iztirab mənbəyinə çevrilir.

Şekspir həmin ziddiyyətdən çıxmaq yollarını görmür. O.tarixin həmin mərhələsində bu məsələnin həlledilməzliyini hiss etsə də, burada böyük sənətkarın çaşqınlığı deyil, tarixi uzaqgörənliyi əks etdirilmişdir.

Rusiyada realist tragediyanın yaradıcısı A.S.Puşkin olmuşdur.

Puşkin Şekspir tragediyasına məxsus olan xəlqiliyi təsdiq etmişdir. Puşkinin fikrincə tragediyada "insan taleyi, xalq taleyi" inkişaf etmişdir. Əgər Şekspirin faciələrində xalq passivdirsə, qəhrəman taleyinə əhəmiyyətli təsir göstərmirsə, "Boris Qodunov" tragediyasında qəhrəmanların taleyi onların şəxsi keyfiyyətləri ilə deyil, geniş xalq hərəkatı ilə şərtlənmişdir. "Boris Qodunov"da əsas qəhrəman Boris Qodunov deyil, məhz xalqdır.

Burjua dövründə incəsənət onun üçün yeni olan tragik mövzunu milyonlarla adi adamların kapitalizmə qurban verilməsi mövzusunu mənumsəyir. Lakin bu mövzu özünün daha tam təcəssümünü dramatirgiya deyil, remarkada tapır. Təxminən XIX əsrin ikinci yarısından başlayaraq digər maraqlı bir proses baş verir, tragik kolliziya başqa janrlarla, hər şeydən əvvəl isə drama ilə mənimsənilir.